Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen In Şimali Koreyada hər yerdən atasının və babasının şəkillərini yığışdırır
Kim Çen In Şimali Koreyada hər yerdən atasının və babasının şəkillərini yığışdırır

Şimali Koreyanın ali rəhbəri Kim Çen In qərarlarıyla dünya ictimaiyyətinin az təəccübləndirməyib. O, qəzəblənəndə məmurları ağlasığmaz üsullarla cəzalandırır. Amma atasına və babasına qarşı bir addımı təəccübün miqyasını da artırır.

Bizimyol.info xəbər verir ki, Şimali Koreya lideri atası Kim Çen İr və ölkənin banisi sayılan babası Kim İr Senin hər yerdən şəkillərini yığışdırmaq əmri verib. Paytaxt Pxenyanda hündür binaların divarlarına vurulmuş iri fotoları aşağı düşürməyə başlayıblar.

Kim Çen In birdən-birə niyə belə fikrə düşüb? Axı Şimali Koreya lideri həmişə atasının və babasının adını hörmətlə çəkirdi. Sisyasi şərhçilər hesab edir ki, Kim Çen In sələflərindən önə çıxmağa çalışır. O, Şimali Koreyada daha çox özü haqda danışılmasını istəyir. Kim Çen In “ilahi lider” adlandırılmasını arzulayır. Siyasi şərhçilər yeni “Kimçenınizm” ideologiyasının əsasının qoyulduğunu bildirir.

Cənubi Koreyanın paytaxtı Seulda yerləşən Kukmin Universitetinin professoru Fyodor Tertitski Kim Çen Inın açıq mesaj verdiyini deyir. Onun fikrincə, Şimali Koreya lideri atasının və babasının üstünlük verdiyi sistemin bəzi tərəflərini bəyənmədiyini ortaya qoyur. Tertitski ölkə rəhbərinin diktaturanın bütün sərhədlərini aşırmağa hazırlaşdığını qeyd edir.

Bizimyol.info

Paylaş »
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
Son xəbərlər
Bütün xəbərlər »