Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Transqafqaz üçün "3+3" formatı - Region dövlətləri nəqliyyat dəhlizində birləşir
Transqafqaz üçün "3+3" formatı - Region dövlətləri nəqliyyat dəhlizində birləşir

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir tərəfdən Ermənistan, Azərbaycan, Gürcüstan, digər tərəfdən isə İran, Rusiya və Türkiyənin iştirakı ilə “3+3” formatının yaradılması ideyasını növbəti dəfə səsləndirib.

Bizimyol.info xəbər verir ki, Rusiya KİV-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla danışıqlardan sonra mətbuata açıqlamasında regionda iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması məsələsi üzrə “3+3” danışıqlar formatının yaradılması təşəbbüsünü müzakirə etdiyini bildirmişdi.

"Hesab edirik ki, bu planları praktiki müstəviyə çevirməyin vaxtı çatıb. Çoxtərəfli regional əməkdaşlığın inkişafı bu formatda bütün perspektivli iştirakçıların maraqlarına cavab verir. Fikrimizcə, layihənin işə salınması dövlətlərarası münasibətlərdə etimadın artırılmasına, ziddiyyətlərin aradan qaldırılması, regionun iqtisadi və nəqliyyat potensialının mövcud problemlərinn həllinə kömək edəcək. Çoxlu suallar var, xüsusən həm köhnə problemlərə, həm də yeni pandemiya şəraiti ilə bağlı situasiya fərqli yanaşma tələb edir.Ona görə də, bu formatın reallaşması üçün müxtəlif həll yolları təklif edə bilər və təklif etməlidir. - deyə Zaxarova bildirib.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Bakı Qlobal Forumundakı müzakirələr zamanı: "Azərbaycan 3+3 regional əməkdaşlıq formatının yaradılmasına dair tərəfdaşları ilə diplomatik vasitələrlə müzakirələri davam etdirir", -deyə məsələyə münasibət bildirib.

H.Hacızadə: “Hazırda bununla bağlı diplomatik kanallarla təmaslar yürüdülür. Bütövlükdə, Azərbaycan bu prosesi dəstəkləyir. Həmin format əsasında müzakirələri davam etdirməklə regional əməkdaşlığın yeni platformunu yaratmağa hazırıq”.

Qeyd edək ki, Lavrov İran Türkiyə və Azərbaycanın bu təşəbbüsə müsbət yanaşdığını və Gürcüstanın Qafqazın inkişafı ilə bağlı belə bir mexanizmin yaradılmasında maraqlı olacağına ümid etdiyini bildirmişdi.

Gürcüstanın baş nazirinin müavini və xarici işlər naziri David Zalkaliani də öz növbəsində bəyan edib ki, Gürcüstanın Rusiya ilə birlikdə “3+3” formatında iştirak etməsi çox çətin olacaq. Lakin ölkəsi hansısa formada iri geosiyasi layihələrdə təmsil olunmaq istəyər.

Rusiya ilə Gürcüstan arasında diplomatik əlaqələr yoxdur. Onlar 2008-ci ilin avqust hadisələrindən və Moskvanın Abxaziya və Cənubi Osetiyanın suverenliyini tanımasından sonra gürcü tərəfi tərəfindən parçalanıb.

Qadir Həzi, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› "Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
››› Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
››› Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
››› Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
››› Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
››› “Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
Son xəbərlər
Bütün xəbərlər »