Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əlil, qazi və şəhid ailələrinin yaşadığı bina isti suya həsrət qaldı
Əlil, qazi və şəhid ailələrinin yaşadığı bina isti suya həsrət qaldı

Sumqayıt şəhər 12-ci mikrorayonda yerləşən 12 mətbəli, 96 mənzilli, əlil, qazi və şəhid ailələrinin yaşadığı bina 3 aydır isti su üzünə həsrət qoyulub.

Bina sakini Xəlilov Vüqarın sözlərinə görə, verilən isti suyun qiyməti qanunsuz olaraq qaldırılıb və sakinlər bu məbləği ödəyə bilmir.

“Binanın açılışı 2012-ci il dekabrın 24-də olub. Bina açılanda isti suyun qiyməti 40 qəpik idi. İki ildir ki, qanunsuz olaraq, qiymətini 1.92 qəpiyə qaldırmışdılar. Keçən il bina olaraq 21 min manat borcumuz yaranmışdı. Təbii ki, bu qədər artımı ödəyə bilmirdik. Bu səbəbdən də bizim isti suyumuzu kəsmişdilər. Televiziyalara müraiət etdik. İcra başçısı gəldi və borclarımızı bağladı.

Başçı getdikdən sonra isə qiyməti yenidən qaldırdılar və bu dəfə suyun bir kubunu 2.90 qəpiyə satmağa başladılar”.

Şikayətçinin sözlərinə görə, bu ilin əvvəlində, Tarif Şurasının qərarı ilə suyun qiyməti qalxandan sonra yenidən qiyməti artırıb, 3.35 qəpik ediblər.

“Biz hamımız pensiyaya baxan insanlarıq. Bu qədər yüksək məbləği ödəyə bilmirik. Buna görə də yenidən 8 min manat məbləğində borc yığılıb.

Borca görə 3 aydır isti suyu kəsiblər. Ailəmizi çimmək üçün onun bunun evinə aparmalı oluruq. Ayağım protezdir və tez-tez tərləyir. Mən ayağımı yumağa su tapmıram. Buz kimi su ilə yuyunmaqdan xəstəlik tapmışıq.

Bu qanunsuz qiymət artımına son qoyulmalıdır”,-deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-nin "Sumqayıtistiliktəchizat" İdarəsinin Abonent və Müştəri Xidmətinin rəisi Binəli Əliyev Bizimyol.info-ya açıqlama verərək bildirib ki, qiyməti biz yox, Tarif Şurası müəyyən edib.

“ 2020-ci ildə bu bina sakinlərinin borcu yaranmışdı və ödəmirdilər. İcra başçısı həmin məbləği öz üzərinə götürdü və hamısını ödədi. Hətta hər bir mənzili sayğaclada təmin etdi ki, bundan sonra problem yaşanmasın, hər kəs sayğacın yazdığı borcu ödəsin. Lakin yenə də “köhnə hamam, köhnə tas”. Qiyməti bəhanə edib, borcu ödəmirlər.

İmkanlı, imkansız var. Biz bunu başa düşürük. Amma qiyməti biz təyin etməmişik. Belə qane etmirsə, başqa qızdırıcı cihazlardan istifadə etsinlər.

Şəxsən mən dəfələrlə bina sakinlərinə müraciət etmişəm ki, biraz qənaətli istifadə edin, sonra ödəyə bilməyəcəksiniz. Hətta bunun qarışılında kobud cavab verənlər də olub.

Başqa şey istəmirik ki, deyirik ödənişinizi edin. Heç olmasa az-az ödəniş etsinlər. Amma bunu da etmirlər”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »