Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotik vasitəni Kanadaya poçtla göndərmək istədilər
Narkotik vasitəni Kanadaya poçtla göndərmək istədilər

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə narkotik vasitələrin gömrük nəzarətindən gizli şəkildə beynəlxalq poçt göndərişləri ilə göndəriləcəyi barədə məlumat daxil olub. Həmin məlumat əsasında, Azərbaycan Respublikasından Kanadaya göndərilən, otbiçən maşın kimi bəyan olunan və karton qutudan ibarət poçt bağlaması saxlanılıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Bakı Karqo Terminalında kinoloji xidmət itinin tətbiqi ilə keçirilən gömrük nəzarəti zamanı xidməti it sözügedən poçt bağlamasına reaksiya verib. Bağlamaya rentgen qurğusunda baxış zamanı isə monitorda şübhəli təsvirlər müşahidə olunub. Daha sonra karton qutudan ibarət həmin poçt bağlaması açılıb və qutuda 1 ədəd otbiçən maşın olduğu müəyyən edilib.

Narkotik vasitəni Kanadaya poçtla göndərmək istədilər

Lakin otbiçən maşının mühərrikinin qapağının boltları açıldıqda, mühərrikin həmin hissədəki boşluğunda narkotik vasitə olan tiryək aşkarlanıb. Bundan başqa, otbiçən maşının mühərrikinin dəmir korpusunun boltları açıldıqda, korpusun qapağının altında və mühərrikin içəri tərəfindəki boşluqda da eyni narkotik vasitə aşkar olunub. Aşkara çıxarılan həmin maddələrin ümumi çəkisi 2831 qram təşkil edib.

Gömrük əməkdaşları tərəfindən poçt bağlamasının sahibi də müəyyən olunub və həmin şəxsin istifadəsində olan “Azsamand” markalı avtomobilə baxış zamanı maşının salonunda 2 ədəd bükümdə, ümumi çəkisi 5 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
Son xəbərlər
Bütün xəbərlər »