Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin dronları Putini narahat etməyə başlayıb
Türkiyənin dronları Putini narahat etməyə başlayıb

Türkiyənin hərbi uğurları Rusiya prezidenti Vladimir Putində ciddi narahatlıq yaradıb. Qardaş ölkə mətbuatı bundan yazır. Yazılarda hətta Putinin Türkiyə dronlarından qorxduğu xüsusi qeyd olunur.

Bizimyol.info xəbər verir ki, Rusiya dövlət başçısı müdafiə sənayesinin Moskva administrasiyasının nümayəndələri ilə görüşündə bu məsələdən danışıb. O, pilotsuz uçuş aparatlarıyla bağlı görülən işləri, qonşu ölkələrdəki uğurları ciddi analiz etməyin vacibliyini bildirib. Putin deyib ki, son illərdəki münaqişələrə böyük diqqət ayırmaq lazımdır. Türkiyə mətbuatı prezidentin Qarabağ müharibəsini nəzərdə tutduğunu düşünür. Qardaş ölkənin “Bayraktar”ı məhz son müharibədə özündən söz etdirməyi bacarmışdı.

Putin Soçi görüşündə narahat təsir bağışılayıb. O, pilotsuz uçuş aparatları ilə bağlı çox danışıb. Dövlət başçısı dronların münaqişələrdə həlledici rol oynaya biləcəyini vurğulayıb. Putin pilotsuz uçuş aparatlarının necə hücum qabiliyyətinin olduğunu yaxşı bildiklərini deyib. Amma Rusiyanın rəhbəri xüsusi qeyd edib ki, həmin hücumların qarşısını effektli şəkildə almağa qadirdirlər.

Türkiyə mətbuatı pilotsuz uçuş aparatlarının Azərbaycandan sonra ən çox Ukraynaya və Qətərə satıldığını yazır. Kremlin narahatlığı daha çox Kiyevin Donbass bölgəsindəki fəallığıdır. Ukrayna hətta “Bayraktar”la separatçı qüvvələrin artilleriya mövqelərinə zərbə endirməyə də imkan tapıb.

Bizimyol.info

Paylaş »
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
››› Yeni nazir müavinləri kimlərdir... - Dosye
Son xəbərlər
Bütün xəbərlər »