Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Diqqətli olun! – Zəhərlənə bilərsiniz
Diqqətli olun! – Zəhərlənə bilərsiniz

Yağışların başlaması, göbələk mövsümünün gəlməsi ilə bərabər zəhərlənmə halları da artıb. Buna səbəb isə şüursuz şəkildə toplanan yabanı göbələklərdir.

Hələ keçən ay yəni, oktyabrın 19-da Qax rayonunun Tasmalı kəndində yaşayan Mübariz Qasımov, oğlu - 12 yaşlı Murad və qardaşı oğlu - 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərlənərək həyatlarını itirmişdilər. Bu hadisədən bir gün sonra isə Zaqatala rayonunda da 3 nəfər göbələkdən zəhərlənmişdi.

Bu gün isə Azərbaycanda daha iki ailə göbələkdən zəhərlənib. Belə ki, Qax rayonunda iki ailənin altı üzvü zəhərlənib. Müayinə zamanı ailələrin zəhərli göbələk yedikdən sonra zəhərləndiyi məlum olub.

Qeyd edək ki, bu cür zəhərlənmə halları yalnız yuxarıda qeyd etdiklərimizlə kifayətlənmir.

Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi Rıfat Bozkuş göbələkdən zəhərlənmə halları ilə bağlı açıqlama verən zaman bildirib ki, göbələyin zəhərli olduğunu adi gözlə başa düşmək mümkün deyil.

"Bunu anlamaq üçün onu elmi şəkildə müəyyənləşdirmək və yeməli olub-olmamasına cari mənbədən baxmaq lazımdı. Zəhərli və zəhərsiz göbələkləri ayırd etmək üçün ictimaiyyət arasında bir çox şayiələr yayılır. Məsələn, "heyvan onu yeyirsə, yeyə bilərik, südü axsa, zəhərsizdir" kimi, lakin bunlar yalan və yanlış düşüncələrdir. Bu inanclar insanlara baha başa gələ bilər.

Heyvanların yediyi göbələklərlə insanların yediyi göbələklər arasında fərq var. Bəzi göbələklər heyvanlara təsir etmir. Amma insanları zəhərləyir və ya əksinə ola bilər.

Ümumiyyətlə xarab olan hər göbələk zəhərlidir”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
Son xəbərlər
Bütün xəbərlər »