Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ hərbi gəmisi İstanbuldan keçərək Qara dənizə çıxıb - Rusiya naratdır
ABŞ hərbi gəmisi İstanbuldan keçərək Qara dənizə çıxıb  - Rusiya naratdır

İstanbulun Sarayburnu limanında lövbər salan ABŞ hərbi gəmisi üç günlük fasilədən sonra Boğaziçidən keçərək Qara dənizə çıxıb.

Bizimyol.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı Donanmasına aid "LCC 20" nömrəli "USS Mount Whitney" adlı hərbi-nəzarət gəmisi 3 gün əvvəl İstanbula gəlib.

Sarayburnu limanında lövbər salan gəmi bu gün səhər saatlarında limanı tərk edib. Boğaza girən gəmi yarım saatda Fatih Sultan Mehmet körpüsünə çatıb.

Döyüş gəmisinin göyərtəsində çoxlu əsgərin göründüyü bildirilib. Sahil Mühafizəsinin kateri 189 metr uzunluğundakı döyüş gəmisini boğazdan keçərək müşayiət edib. Boğaziçi keçidini təqribən 1,5 saata başa vuran gəmi Qara dənizə çıxaraq yola davam edib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı Donanmasına aid iki döyüş gəmisi bu yaxınlarda Türkiyə boğazlarından Qara dənizə keçmişdi. "USS Mount Whitney" gəmisinin Qara dənizə çıxması ilə ABŞ-ın Qara dənizdəki döyüş gəmilərinin sayı 3-ə çatıb.

Qeyd edək ki, ABŞ-ın Qara dənizdə hərbi gücünü artırması Rusiyanı ciddi narat edib. Ukrayna ilə sərhəddə yaranmış gərginlik fonunda Qara dənizdə artan NATO hərbi qüvvələri Rusiya siyasi dairələri tərəfindən təhtid vasitəsi kimi dəyərləndirilib.

Rusiya prezidenti Vladimir Putin Soçidə müdafiə məsələlərinə həsr olunmuş görüşdə, "artıq Qara dənizdə Amerika gəmilərini durbinlə və ya müdafiə avadanlığını görmək mümkündür", - deyə açıqlayıb. Rusiya lideri əlavə edib ki, Moskva strateji pariteti pozmaq cəhdlərinə adekvat şəkildə cavab verəcək.

Hərbi tarixçi Dmitri Boltenkov: "Bu sinifdən olan gəmilər Qara dənizdə o qədər də tez-tez görünmür", - deyə vəziyyətin ciddiliyini diqqətə çatdırıb.

NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə günü bildirib ki, alyans Rusiyanın regionda hərbi gücünü artırdığını müşaət edir. Onun sözlərinə görə, NATO buna cavab tədbiləri görür. Eyni zamanda, baş katib Rusiyadan Baltikyanı ölkələrə birbaşa hərbi təhlükənin olmadığını bildirib.

Qadir Həzi, Bizimyol.info

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
Son xəbərlər
Bütün xəbərlər »