Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Dumasında yenidən SSRİ yaratmaq barədə danışıblar
Rusiya Dumasında yenidən SSRİ yaratmaq barədə danışıblar

Belarusda son prezident seçkisindən sonra ölkə rəhbəri Aleksandr Lukaşenko Rusiya ilə münasibətləri bir az da istiləşdirməli oldu. Çünki Qərb seçkinin nəticəsini tanımadı. Bu məqamda yalnız Rusiya Lukaşenkoya qucaq açdı. Məhz həmin epizoddan sonra Rusiya və Belarusun birlikdə İttifaq dövləti yaratması ideyası dayaq nöqtəsi tapdı.

Bizimyol.info xəbər verir ki, yeni ittifaq ehtimalı Kremlin iştahını artırıb. Rusiyada yenidən SSRİ böyüklüyündə ittifaq dövləti yaratmaqdan danışmağa başlayıb. Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov bundan söz açıb. O, yeni ittifaqda dövlətlərin sayının artacağına inam ifadə edib.

“Ölkələrin qoşulması üçün bu birlik cəlbedici olmalıdır. Birlikdə çox ölkə yoxdur, lakin xeyli cəlbedici keyfiyyətlərlə tanınır. Bu, sərhədlərin olmaması, işləmək, heç bir icazə olmadan bir-birindən öyrənmək, sürücülük vəsiqəsini başqa dilə çevirməməkdir. Bu cəlbedicilik artmaqda davam edərsə, gec-tez ümumi parlament və qanunlar meydana çıxacaq. Bütün bunlar başqalarının da qoşulmasına səbəb olacaq”.

Deputatın sözlərinə görə, müraciətə ehtiyacı olan məsələlər var. Kalaşnikov İttifaq dövlətin ali şurasının növbəti iclasının bu istiqamətə həsr olunacağını bildirib. Söhbət Rusiya prezidenti Vladimir Putinlə həmkarı Aleksandr Lukaşenkonun onlayn görüşündən gedir. Burada bir çox sənədlərin və proqramların təsdiqi gözlənilir. Ümumi razılaşma yaxın illərdə İttifaq dövlətin fəaliyyətə başlamasına şərait yaradacaq.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »