Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Poroşenkodan Saakaşvili ilə bağlı AÇIQLAMA
Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili ilə bağlı məsələyə müdaxilə etməyəcəyini deyib.

APA-nın verdiyi xəbərə görə, P. Poroşenko Litva prezidenti ilə görüşdən sonra keçirdiyi brifinqdə deyib ki, bu məsələyə heç vaxt maraq göstərməyib: “Bu işə qarışan deyiləm. Heç vaxt maraq göstərməmişəm, göstərməyəcəyəm də. Biz obyektiv, ədalətli, qərəzsiz istintaq aparıb, o cür də məhkəmə təmin etməliyik. Bunu mən edə bilərəm və zəmanət də verirəm”.

Qeyd edək ki, M. Saakaşvili Ukraynada dövlət çevrilişinə cəhddə ittiham olunur.

Son xəbərlər
Bütün xəbərlər »