Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Müdafiə Nazirliyi "S-400"lərlə bağlı iddiaları rədd edir
Milli Müdafiə Nazirliyi "S-400"lərlə bağlı iddiaları rədd edir

“Sosial mediada “S-400”lərin İncirliyə aparıldığı” iddiaları doğru deyil”.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyindən verilən bəyanatda qeyd edilib.

Milli Müdafiə Nazirliyindəki mənbələr sosial mediada "S-400"lərin İncirlikə aparıldığı ilə bağlı iddiaların həqiqətə uyğun olmadığını açıqlayıb.

İddialara görə, "Sky News Arabia" Pentaqon rəsmisinə istinadən Türkiyənin Rusiyadan aldığı "S-400" batareyalarını ABŞ və NATO qüvvələrinin də istifadə etdiyi "İncirlik" hərbi hava bazasına göndərdiyini açıqlayıb.

Qeyd edək ki, Rusiya və Türkiyə 2017-ci ildə "S-400" zenit-raket komplekslərinin alay dəsti üçün müqavilə imzalayıb. Tədarüklər 2019-cu ilin yay-payız aylarında həyata keçirilib. Onların köçürülməsi barədə daha əvvəl bir neçə türk mediası məlumat yayıb.

Milli Müdafiə Nazirliyindən: "Bu ifadələr tamamilə həqiqətə uyğun deyil", - deyə bildirilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »