Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
""Uşaq və yeniyetmələrdə özünəqəsdin ilk açıq əlaməti depressiv vəziyyətdir"
""Uşaq və yeniyetmələrdə özünəqəsdin ilk açıq əlaməti depressiv vəziyyətdir"

Bu günlərdə Abşeron rayonunda intihar hadisəsi baş verib. Hadisə Xırdalan şəhərində qeydə alınıb. 2006-cı il təvəllüdlü N.Q. yaşadığı binadan özünü atıb. Həkimlərin səyinə baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Bu il uşaq və yeniyetmələr arasında intihar halları artıb. Mütəxəxssislərin fikincə isə, buna səbəb ailələrdir.

Uşaqlar və yeniyetmələr, ən müdafiəsiz insan kateqoriyasına aiddir. Bəzən yaxşı ilə pis, həyat və ölüm arasınakı sərhəddi müəyyən edə bilməzlər. Uşaqlarda intihar riski, ciddi bir problemdir. İntihar davranışının ilk əlamətini gözdən qaçırmamaq üçün isə valideynlər çox diqqətli olmalıdır.

Psixoloq Ramin Hacıyevin sözlərinə görə, ruhun sağlamlığı şəxsin fiziki və sosial vəziyyətinin göstəricisidir. Uşaqlıq və yeniyetməlik dövrünə bədən və ruh halındakı dəyişikliklər yoldaşlıq edər. Ailədə valideynlərin spirtli içki qəbulu və ailə üzvləri arasında olan münasibətlərin zəifliyi, uşağın ruhi vəziyyətinə deyil, eyni zamanda antisosial davranışlara və intihara yol açar.

Uşaqların intihar edəcəyi, bəzən heç təxmin də edilmir. İntihar düşüncəsi - dünyanı tərk etmənin yolları, ətrafdakı insanların reaksiyası, özünü həyatdan məhrum etmə müddətinin acısı haqqında olan düşüncələrdir. İntihar niyyəti isə, intihar düşüncələrindən fərqlidir. Çünki şəxs planladığı intiharın detalları barədə düşünməyə başlayar. Harda, necə, şahidlər qarşısındamı, yoxsa intihar məktubu yazaraqmı və s. Bu, intihara hazırlıq vəziyyətindən əvvəl olan mərhələdir.

Parasuisid - şahidlərin qarşısında dramatikləşdirilmiş intihar prosesidir. Əsas məqsəd, istədiyini əldə edə bilməkdir. Mütəxəssislərin fikrincə, intiharı müəyyən edə bilmək və qarşısını almaq asan deyil. Çünki intiharı planlayan şəxs, niyyəti barədə heç kimə danışmır.

"Uşaq və yeniyetmələrdə özünəqəsdin ilk açıq əlaməti depressiv vəziyyətdir. Bu zaman depresiya halı, iştahın itməsi, diqqətsizlik, yuxunun pozulması, yaşama istəksizliyi, məktəbdə performansın azalması, dostları ilə münasibətləri azaltmaq, ağlamaq və s. müşahidə edilir.

Depressiya, anhedoniya, özünü günahlandırma, əyləncələrə meylin olmaması, bədəndə halsızlıq, aqressiv partlamalar, müəllimlərlə ünsiyyətdə problem zamanı intihar sadəcə istədiyini əldə etmək üçündür. Əslində, ölüm istəyi yoxdur.

Yeniyetmələrdə intiharın əsasə səbəbi " Mən kiməm və nə edə bilərəm?" suallarına cavab axtarışıdır. Uşaqlar, adətən narahat olduqları zaman valideynlərindən yardım istəyirlər. Ancaq valideynlər o qədər məşğul olur ki, bəzən uşağının ona ehtiyacı olduğunu unudur.

İntiharın meydana gəlmə səbəbləri arasında bir çox faktorlar var. Buna sinir sisteminin inkişafı, pozulmuş sosial əlaqələr, pozulmuş nevrotransmiter sistemləri və s. daxildir.

Psixoloq qeyd edir ki, uşaqlıq və yeniyetməlik dövründə fərd üçün yaxşı ilə pis, qarayla ağ, həyat və ölüm arasında heç bir sərhəd olmur.

Yeniyetmələrdə hormonal dalğalanmalar səbəbilə cinsi istək artır. Cinsi qərarlılıq, yeni başlayır. Gənclər sekslə əlaqəli hər şeylə maraqlanarlar. Cinsi inkişafdan qalan uşaqlar isə, yaşıdları tərəfindən istismar obyektinə çevrilərlər.

Yaxınlaşan intihar əlamətləri hansılardır?

Yeniyetmələrdə intihar davranışı əlamətləri, duyğusal davranış pozulması ilə müşahidə edilir. Bəzi hallarda intihara hazırlığın əlamətləri özünü biruzə etməz.

İntiharlar bir neçə qrupa ayrılır;

  • Gizli: risk aclığı, təhlükəli hobbilər, özünə zərər vermək.
  • Real: ölmək arzusu ilə.
  • Dramatikləşdirilmiş: istədiyini əldə etmək üçün şantaj.

Bütün yeniyetmələr az da olsa intiharın siqnallarını verə bilir. Bir yeniyetmə intihar planını yaxın dostları ilə paylaşa bilər. Və yaxud sosial şəbəkə profillərində intiharla bağlı qeyd edə bilər. Övladınızda dəyişiklik hiss etdiyiniz zaman psixoloqa, sonra isə psixiatra aparın. Dərhal tibbi yardım, intiharın meydana gəlmə səsəblərini aradan qaldıra bilər.

Unutmayın ki, uşaqların və yeniyetmələrin intiharı təsüdüfi deyil. Bu uzun müddət planlanır və hazırlanır. İntihara hazırlıq bir neçə gün və ya aylar çəkə bilər. Hazırlıq dövründə gənc, yardım və dəstək almaq üçün valideynlərinə yaxınlaşır. Ancaq valideynlərin diqqətsizliyi və biganəliyi, onu intihar addımı konkertləşdirməyə qərarlı edir.

"Çox zaman gəncləri, intihara ailələri sövq edir. Psixo-travmatik vəziyyət, ailə üzvləri arasında dava-dalaş, valideynlərin asosial davranışları əsas yaradır" - deyə psixoloq qeyd edib. Beləcə, yeniyetmə özünü tək və tərkedimiş hiss edər. Sonrakı həyatı barədə düşünə bilməz.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »