Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SOCAR Vyetnam şirkətini neftlə təmin edəcək
SOCAR-ın neft və neft məhsullarının satışı ilə məşğul olan “SOCAR Trading SA” şirkəti Vyetnamın “Binh Son Refining and Petrochemical Co” (“BSR”) şirkətini “AzəriLayt” (“Azeri Light”) markalı neftlə təmin edəcək.

AZƏRTAC xəbər verir ki, “SOCAR Trading SA” ilə “Binh Son Refining and Petrochemical Co” bununla bağlı müqavilə imzalayıblar. 2018-2021-ci illəri əhatə edəcək müqaviləyə görə, “SOCAR Trading” “BSR”-ni ayda 3 milyon barel “AzəriLight” markalı neftlə təmin edəcək. “SOCAR Trading” qeyd edilən dövrdə Vyetnam şirkətinin aylıq 2 milyon barel digər markalı xam neftlə təminatını həyata keçirəcək.

Qeyd edək ki, mərkəzi ofisi Cenevrədə yerləşən “SOCAR Trading” Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və digər məhsulların bazarlarda satışını təşkil etmək üçün 2007-ci ilin dekabrında təsis olunub. SOCAR-ın İsveçrədəki fəaliyyəti “SOCAR Trading” tərəfindən həyata keçirilir və şirkət bu ölkədə neft məhsullarının satışı bazarında fəal iştirak edir. Şirkətin bazar dəyəri təxminən 1,15 milyard ABŞ dollarıdır.

Son xəbərlər
Bütün xəbərlər »