Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ata körpəsini boğdu”, “Atalığı təcavüz etdi”… - Kimlər günahkardır?
"Ata körpəsini boğdu”, “Atalığı təcavüz etdi”… - Kimlər günahkardır?

Son dönəmlərdə ailə daxili şiddət, təcavüz hallarının sayı artıb desək, yanılmarıq. Yayımlanan cinayət xəbərləri günbəgün daha şiddətli, dəhşətli hala gəlib. Sadəcə bu həftə ərzində ölkədə neçə-neçə ağılagəlməz cinayətlərin baş verməsinin şahidi olduq. Bir ata 6 aylıq körpəsini boğub öldürdü, digər atalıq 11 yaşlı qızına təcavüz edib, hamilə buraxdı və s.

Bu cinayətlərin kökündə nə durur? Bu hadisələri törədə bilcək insanlar necə formalaşır? Onların bu cür formalaşmasında kimdir günahkar?

Bütün bu sullarımızı cavablandıran psixoloq Zəhra Zahidova Bizimyol. info-ya açıqlaması zamanı bildirib ki, insanların gərgin, düzgün olmayan, standartlardan kənar həyat tərzi yaşaması, uşaqlıqdan gələn travmalar nəticəsində uşaqlara qarşı göstərilən şiddətlər, təcavüzlər daha da artıb.

“Son dönəmlərdə ailə daxili şiddət, cinayət hadisələrinin çoxalması təbbii ki, psixoloqların nəzərindən qaçmır. Bunların hər biri insanların psixalogiyasının pozulmasından xəbər verir. Cəmiyyət olaraq bunun qarşısını almaq üçün ilk öncə susmamalıyıq, cəza sistemləri tətbiq edilməli, psixoloqların birliyi olmalı və bu mövzuların hər biri diam ictimailəşdirilməlidir.

Bizim övladımız tək bizim yox, həmçinin cəmiyyətin övladıdır. Bizim övladımız bizim əşyamız deyil. Onları əşya kimi yönəltmək, şiddət göstərmək, fiziki cəzalar tətbiq etmək olmaz. Çünki onlar gələcəyin şəxsiyyətidir. “Övlad mənimdir sevərəm də, döyərəm də”,” qızını döyməyən, dizini döyər” kimi məsəllərlə övlada qarşı yanaşılmamalıdır. Bu gün döyülən, təhqir, tənqid edilən, şiddət göstərilən və yaxud başqaları tərəfindən cinsi istismara məruz qalan uşaqlarda anormal şəsiyyət tipi formalaşmış olur.

Psixoloqun sözlərinə görə, valideyinləri və yaxud başqaları tərəfindən cinsi, fiziki şiddətə məruz qalan övladlarımız üçün qaynar xətt yaradılmalıdır.

“Bu gün ailəsindən şiddət görən uşaq gələcəkdə öz övladına da şiddət göstərəcək. Bu zəncirvari gedəcək. Bunun üçün də biri bu zənciri qırmalıdır. Onlara psixoloji dəstək göstərilməlidir.

Ən qlobal problemlərimiz isə sevgi və mərhəmət hissinin azlığıdır. Uşaqlara qarşı sevgi və mərhəmət hissi tam şəkil valideynlər tərəfindən ötürülmür. Bu zaman həmin uşaqlarda şiddətə meyillilik, daha sonrasında təcavüzkar şəxsiyyət tipi yetişmiş olur.

Şiddətə meyilli, təcavüzkar insanlar məsuliyyətə cəlb edilməlidir. Bu mövzular üç-dörd gün danışılaraq, unudulmamalıdır. Həmin insanın məsuliyyətə cəlb olunmasını hər kəs görməlidir. Bu zaman digər psixi problemli insanlara sətiraltı ismarış göndərmiş oluruq ki, sabah sən də onun yerində ola bilərsən.

Düzdü, dünyannın heç bir ölkəsində verilən ağır cəzalarla şiddətin qarşısı alına bilinməyib. Çünki şiddət köklərini uşaqlıqdan alır və zamanla bu davranışlar alışqanlıq halına gəlir. Həyatlarının bir dönəmində şiddət görən insanlar bunu başqalarına tətbiq edir. Bu insanlar özgüvənsiz, qırılqan, heç kim tərəfindən sevilmədiklərini düşündükləri üçün dünyaya qarşı içlərində qəzəb yığılmış olur. Ən yaxınlarının açdığı yaraların izlərini başqalarına ödədirlər. Uşaq ikən aldığımız yaraların sonrakı həyatımızda bizləri nələrə götürdüyünü izləyərkən hüzünlənsək də, hər zaman birlikdə şiddətə dur deməliyik”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Azərbaycanda 11 yaşlı qardaş 14 yaşlı qardaşını qətlə yetirdi
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Dekabrın 6-na olan hava proqnozu
››› Azərbaycanda biri əcnəbi olmaqla, 2 nəfər dəm qazından ölüb, 1 nəfərin vəziyyəti ağırdır
››› Belarusun sanksiyalardan itkiləri hesablanıb
Son xəbərlər
Bütün xəbərlər »