Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qlobal istiləşməyə görə qış 2, yay 6 ay sürəcək
Qlobal istiləşməyə görə qış 2, yay 6 ay sürəcək

Qlobal istiləşmə dünyada çox şeyi dəyişməyə qadirdir. Şimalda buzlar əriyir, okeanlarda suyun səviyyəsi yüksəlir. 2021-ci ilin yayı inanılmaz isti keçib. İrəlidə bizi hələ çox dəyişikliklər gözləyir.

Bizimyol.info xəbər verir ki, qlobal istiləşməyə görə qış 2, yay 6 ay sürəcək. İqlim dəyişikliyi üzrə hökumətlərarası qrupun proqnozları belə deyir. Elm adamları 21-ci əsr boyunca havaya buraxılan zərərli qazların həcminin artacağını ehtimal edir. Bu isə mövsümlərə ciddi təsir göstərəcək. Qış qısalacaq, yay günləri artacaq. Ümumiyyətlə, bütün fəsillər ənənəvi dövriliklə davam edə bilməyəcək.

Elm adamları Tszyamin Van və Yupin Quan mövsümlərdə baş verəcək dəyişikliklərlə bağlı hesabat hazırlayıb. Hökumətlərarası İqlim Dəyişikliyi Panelinin tədqiqatçıları əmindir ki, qış günləri azalacaq, yay isə az qala iki dəfə uzanacaq. Amma qışın daha az müddəti əhatə etməsi də mümkündür.

Əlbəttə, yayın uzanması qulağa xoş gələ bilər. Unutmaq olmaz ki, mövsümlər arasındakı dəyişikliklər ekosistemə yalnız zərər vurur. Məhsul istehsalının da azalma ehtimalı var. Meşə yanğınları artacaq. Bütün bunlara görə sevinməyə dəyməz.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər