Noyabrın 4-də İndoneziyanın şimalında güclü zəlzələ qeydə alınıb.
Bizimyol.info xəbər verir ki, yerli mətbuatın verdiyi məlumata görə, eraltı təkanlar 5,7 bal gücündə olub.
Zəlzələnin episentri Amahay yaşayış məntəqəsindən 65 kilometr cənub-qərbdə, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.