Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvilinin səhhəti hər an pisləşə bilər
Saakaşvilinin səhhəti hər an pisləşə bilər

Bir aydan artıqdır ki, həbsxanada aclıq aksiyası keçirən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ürək döyüntüsündən, halsızlığından, halının hər an pisləşə biləcəyindən şikayətlənməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Saakaşvili ilə görüşdən sonra jurnalistlərə Gürcüstanın keçmiş liderinin şəxsi həkimi Nikoloz Kipşidze bildirib.

“Bu gün testlərin cavablarını aldıq və həkimlər şurası ilə birlikdə bütün parametrləri dəyərləndirdik. Təxminən bir həftə əvvəl əvvəlki müayinə ilə müqayisədə nəticələr pisləşib. Sabiq prezident ürək döyüntüsündən şikayətlənir. Səhhəti əvvəlki həftə ilə müqaisədə xeyli zəifləyib, hər an fövqəladə vəziyyət yarana bilər. Mən dəqiq bir şey deyə bilmərəm, çünki vəziyyət qeyri-sabitdir”, - deyə Kipşidze bildirib.

Həkimin sözlərinə görə, o, bu günü həmkarları ilə məsləhətləşmələr edərək Saakaşvilini yenidən yoxlamaq barədə razılığa gəlib: "Biz onu daha tez-tez izləmək üçün növbəti şuranı çağırmaq qərarına gəldik. Biz daha çətin mərhələyə qədəm qoyuruq, çünki keçmiş prezident çəkisinin 10%-ni itirib, bu olduqca təhlükəlidir", - deyə həkim əlavə edib.

Qeyd edək ki, Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb və o, özünü siyasi məhbus hesab etdiyi üçün həmin gündən aclıq aksiyası keçirdiyini elən edib.

Bizimyol.info

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
››› “Qara” camaatın “Qara Cümə”si Azərbaycan əhalisinin könlünü qazana bildimi?
››› Hazırkı tendensiya ana dilinin gələcəyi üçün təhlükə yarada bilər
Son xəbərlər
Bütün xəbərlər »