Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrkutsk yaxınlığında An-12 təyyarəsi qəzaya uğrayıb
İrkutsk yaxınlığında An-12 təyyarəsi qəzaya uğrayıb

An-12 təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb, onun qəzaya uğradığı yer aşkarlanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Sibir Aviasiya Axtarış və Xilasetmə Mərkəzindən TASS-a verilən məlumatda bildirilib.

"İlkin məlumatlara görə, qəza yeri Pivovarixa kəndi ərazisində, aerodromdan çox uzaqda aşkar edilib. Təyyarə ikinci dairəyə düşüb və radardan itib, deyə İrkutsk vilayətinin mülki və fövqəladə hallar xidmətinin direktoru Oleq Fedotov bildirib.

Fövqəladə Hallar Nazirliyinin yenilənmiş məlumatlarına görə, təyyarədə səkkiz yox, yeddi nəfər olub və onlar ekipaj üzvləridir.

Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, təyyarə alovlara qərq olub. Ərazidəki otların alışması alovun genişlənməsinə səbəb olub. Yanğının 300 kvadratmetrdir sahəni əhatə edib.

Hadisə yerində ilkin olaraq 46 nəfər və 17 texnika çəlb olunsa da, sonradan Fövqəladə Hallar Nazirliyi bu rəqəmi artırıb. "Hazırda hadisə yerində 100-dən çox canlı qüvvə və 50 texnika işləyir. Moskva vaxtı ilə saat 15:51-də açıq yanğın söndürülüb", - deyə mətbuat xidmətindən bildirilib.

Rayon rəhbəri Leonid Frolov bildirib ki, təyyarədə cəmi iki pilot olub: "Mənə dedilər ki, göyərtədə cəmi iki pilot və yük olub. Sərnişin olmayıb".

Mənbənin sözlərinə görə, təyyarədə olanların hamısı ölüb: "Hələlik qəza yerində sağ qalanların şəxs müəyyən edilməyib. İlkin məlumatlara görə, təyyarədə neçə nəfərin olduğunu dəqiq bilinməsədə, göyərtədə olanların hamısının öldüyü bildirilir", - deyə mənbə bildirib.

İrkutsk vilayətinin qubernatoru İqor Kobzev fövqəladə vəziyyət elan edilmiş yerə yola düşüb.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »