Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paytaxtın Sabunçu rayonunda bir ayda 61 narkotik alverçisi saxlanılıb - Video
Paytaxtın Sabunçu rayonunda bir ayda 61 narkotik alverçisi saxlanılıb - Video

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının cari ilin oktyabr ayı ərzində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik vasitələrin qanunuz dövriyyəsi ilə məşğul olan daha 61 nəfər saxlanılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən 27 nəfəri haqqında Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxslər barəsində məhkəmə orqanları tərəfindən həbs qətimkan tədbiri seçilib. 26 nəfər barəsində polisin nəzarəti altına vermə və digər növdən olan qətimkan tədbirləri seçilib. Saxlanılanlardan 8 nəfəri barədə isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi isə protokollar tərtib edilib və onlar cərimə olunublar. Saxlanılan şəxslərdən ümümilikdə 2 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddələr aşkar edilib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə Maştağa qəsəbəsindəki telefon-rabitə qovşağına məxsus məxsus 2223 metr uzunluğunda yeraltı kabellərin oğurlayan şəxslər saxlanılıblar. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Həmzəli Daşdəmirov, Faiq Həbibov və Vaqif Atakişiyev qısa müddətdə müəyyən edilərək saxlanılıblar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların telefon-rabitə xəttinə ümümilikdə 3000 manatdan artıq maddi ziyan vurduqları məlum olub.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə Nardaran qəsəbəsində yerləşən marketlərdən birindən 160 bağlama ümumi dəyəri 5000 manat olan tütün məhsulları oğurlayan şəxslər saxlanılıblar. Əməliyyat zamanı həmin oğurluğu törətməkdə şübhəli bilinən Azər Orucov. Tunar İbrahimov və əvvəllər məhkum olunmuş Çarpaz Muradlı tutulublar. Bu şəxslər ifadələrində törətdikləri hadisəni etiraf ediblər.

Qeyd olunan faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Narkotik vasitələrin dövriyyədən çıxarılması və qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxlərin ifşa edilməsi istiqamətində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyatlar tədbirləri davam etdirilir.

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »