Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada müdafiə naziri dəyişib - Müharibə başlayır?
Ukraynada müdafiə naziri dəyişib - Müharibə başlayır?

Ukraynanın müdafiə naziri Andrey Taranın istefaya göndərilib. və bu vəzifəyə Aleksey Reznikovun mümkün təyinatının arxasında durduğunu deyib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukraynalı siyasətçi Vladimir Oleynik mətbuata açıqlamasında bildirib.

Bu qərarı 341 deputat dəstəkləyib. Fraksiyalar; “Xalqın xidmətçisi” – 220, OPZZh - 18, “Avropa Həmrəyliyi” – 24 , "Batkivşçina" - 17, "Gələcək üçün" - 12, "Səs" - 16, "Güvən" - 19, fraksiya olmayan - 15 lehinə səs verərək müdafiə nazirini vəzifədən kənarlaşdırıblar.

Ali Radada “Xalqın qulluqçusu” fraksiyası hazırda baş nazirin müavini və müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir vəzifəsində çalışan Aleksey Reznikovun namizədliyini dəstəkləyib.

Ukrayna mətbuatının yazdığına görə, prezident Vladimir Zelenski Reznikovun namizədliyini təsdiqləyib, çünki o, “susan” Taranın əvəzinə “danışan” müdafiə naziri görmək istəyir.

Vladimir Oleynik: "Taran kifayət qədər qapalı şəxsdir, açığını desəm, o, iki sözü birləşdirib normal cünmlə qura bilmir. Ukraynada Rusiyanın "aqressivliyinə" qarşı aktiv çıxışlar və qəti qərarlar verəcək müdafiə nazirinə ehtiyac var", - deyib.

Qeyd edək ki, Rusiya siyasi dairələri hadisəyə ciddi reaksiya veriblər. Siyasətçilər ölkə mətbuatında bunu Ukraynanın Rusiya ilə müharibəyə başlamasına işarə kimi dəyərləndiriblər.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »