Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xankəndidə ilk "Azərbaycanşünaslıq mərkəzi"nin açılması nəyə hesablanıb…
Xankəndidə ilk "Azərbaycanşünaslıq mərkəzi"nin açılması nəyə hesablanıb…

Xankəndidə ilk Azərbaycanşünaslıq mərkəzinin açılışı olub. Məlumatda qeyd olunub ki, keçmiş millət vəkili Karo Karapetyanın adını daşıyan mərkəz Karapetyanın xanımı və oğulları, həmçinin “Genesis Armenia” fondunun səyləri nəticəsində yaradılıb. İlkin mərhələdə mərkəzdə Qarabağ bölgəsində məskunlaşmış ermənilərə Azərbaycan dili pulsuz öyrədiləcək.

Məlumata əsasən, layihənin məqsədi təhsilli, “milli və dövlət” maraqlarından xəbərdar olan, həmçinin Azərbaycan dilini bilən vətəndaşlar hazırlamaqdır. Siyasi şərhçi Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, oradakı ermənilərin bu prosesdə Azərbaycanın tərkibinə inteqrasiya niyyəti ilə dil kursları açmaları düşünülmür.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Xankəndidə Azərbaycan dili kurslarının, Azərbaycanşünaslıq bölməsinin açılması, burada əsasən ermənilərə Azərbaycan dilinin öyrədilməsi, Azərbaycanşünas mütəxəssislərin yetişdirilməsinə hesablanıb.

“Qeyd edim ki, İrəvan Dövlət Universitetinin Azərbaycanşünaslıq bölməsi də var. Ümumiyyətlə, Qarabağda ermənilərə Azərbaycan dilinin öyrədilməsi İkinci Qarabağ müharibəsindən sonra başladıldı. Burada əsas məqsəd heç də Azərbaycanla sülhə gəlmək, inteqrasiya olunmağa hesablanmayıb. Sadəcə, onlar düşmınin dilini bilmək fikri ilə hərəkət edib belə kurslar açırlar”.

Leyla Mirzə

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Baydenin səhhətində problemlər yaranıb
Son xəbərlər
Bütün xəbərlər »