Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün USAID-in 60 illik yubileyidir
Bu gün USAID-in 60 illik yubileyidir

USAID - Amerika Birləşmiş Ştatlarında xaricə yardım üçün ən yüksək federal hökumət qurumudur. Agentliyin Administratoru və Administrator müavini Senatın razılığı ilə Prezident tərəfindən təyin edilir və Birləşmiş Ştatların Dövlət Katibi ilə razılaşdırılaraq fəaliyyət göstərir.

Bu gün USAID-in 60 illiyidir. USAID, 27 milyard dollarlıq büdcəsi ilə dünyadakı ən böyük rəsmi yardım təşkilatlarından biridir. Təşkilat, ABŞ-nın bütün xarici yardımlarının yarısından çoxunu təşkil edir.

Qeyd edək ki, Konqres ABŞ-ın xarici yardım proqramlarını nizamlayan və iqtisadi yardımı idarə edəcək bir agentliyin qurulmasını məcburi edən Xarici Yardım Qanununu 1961-ci ilin sentyabrın 4-də qəbul edib. USAID isə mövcud olan bir neçə yardım təşkilatıını və proqramını tək bir təşkilat altında birləşdirməyi hədəfləyən Con Kennedinin əmri ilə yaradılıb. Beləcə USAID, əsas hədəfi uzun müddətli sosial-iqtisadi inkişaf olan ABŞ-ın ilk yardım təşkilatı oldu.

USAID, başda Afrika olmaqla, Asiya, Latın Amerika, Qərbi Avropa ilə sayı 100-dən çox ölkədə missiyaya sahibdir. USAID, aşağı gəlirli ölkələrdə yardım proqramları həyata keçirir. Bu yardımlar adətən təbii fəlakətlər, yoxsulluq, sosial-iqtisadi inkişaf və s. təşkil edir.

USAID Sovet İttifaqı dağıldıqdan sonra 1991-ci ildə Azərbaycanın müstəqilliyinin ilk günlərindən onun yanında olub. Belə ki, Dağlıq Qarabağ müharibəsi zamanı qaçqın düşən 800 min nəfərdən artıq insana humanitar yardımlar göstərib. Bu yardım proqramlarına icma inkişafı, səhiyyə, iqtisadi imkanlar və dəstək xidmətləri, o cümlədən həssas qruplar üçün təlim və biznes idarəedilməsi və s. daxildir. Bununla yanaşı, ABŞ-ın maliyyələşdirdiyi səhiyyə klinikaları və dərmanların, tibbi avadanlığın, sığınacaq əşyalarının, qida və geyim də daxil olmaqla, humanitar bağlamaların paylanması işlərini də həyata keçirib. USAID, həmçinin Ümumdünya Qida Proqramı yardımları vasitəsilə qaçqın və digər həssas qruplara qida yardımı göstərib.

ABŞ hökumətinin Azərbaycan hökuməti ilə uzunmüddətli inkişaf tərəfdaşlığı zamanla inkişaf edərək dərinləşib. Bu gün USAID-in məqsədi Azərbaycanla onun inkişaf tərəqqisini irəli aparan davamlı tərəfdaşlığı genişləndirməkdir. Bu tərəfdaşlıq ölkənin özünəməxsus sosial-iqtisadi vəziyyətinə və Azərbaycanın özünədayaq yolunda ABŞ məqsədlərinə uyğunlaşdırılıb.

Qeyd edək ki, 1992-ci ildən bu yana USAID, ölkənin institutlarında və xalqın həyatında müsbət və davamlı dəyişikliklərə nail olmaq üçün texniki yardım və təlim şəklində 417 milyon ABŞ dollarından artıq vəsait ayırıb.

Bizimyol.info informasiya portalı, USAID-in 60 illiyi münasibəti ilə təbrik edir. Ölkələrarası əlaqələrin güclənməsinə göstərdiyi diqqət və ölkəmizə edilən yardımlara görə təşəkkür edirik.

İlahin, Bizimyol.info

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »