Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Klinik ölüm həyata geri dönən insanları tamamilə dəyişdirə bilər
Klinik ölüm həyata geri dönən insanları tamamilə dəyişdirə bilər

Klinik ölüm nədir? Klinik ölüm can ilə ölüm arasında sərhəd, bir şəxsin həyata qaytarılması ilə ölüm arasında olan 3-6 dəqiqə arasında davam haldır. Bu halda, insan bədəni işləməyi dayandırır. Ürək dayanır, nəfəs yox olur, bədən ölür və heç bir həyat əlaməti olmur. Digər hallarda olduğu kimi klinik ölümlə nəticələnən oksigen aclığı qarşısı alınmaz nəticələr doğurmur.

Klinik ölüm; asistoliya, apne və komayla xarakterizə edilir. Klinik ölüm nə qədər erkən hiss edilsə, ölən şəxsin həyata qaytarılma şansı o qədər böyük olur. Asistoliyanın simptomu nəbzin yox olması, apne nəfəs hərəkətlərinin dayanmasıdır. Koma isə insanın tamamilə şüurunun olmamasıdır. Komada olan şəxslər işığa qarşı reaksiya vermirlər. Qısacası, klinik ölümün ölümdən heç bir fərqi yoxdur.

Klinik ölümün insan həyatına təsiri, həyata qayıtma sürətindən asılıdır. Ancaq klinik ölümün də özünəxas nəticələri var. Əgər ölən şəxs, 3 dəqiqədən daha az müddətdə həyata qaytarılsa, beyində olan degenerativ müddətin başlaması üçün zaman qalmır. Yəni, ciddi fəsadlar ortaya çıxa bilməz. Ancaq həyata qaytarılma prosesi gecikdirilsə, beyindəki hipoksik təsir insanın zehni fəaliyyətlərinin itməsi ilə nəticələnə bilər. Hipoksik dəyişikliklərin ola biləcəyi təqdirdə, bədən soyutma üsulu istifadə edilə bilər. Bu həyata qayıtma prosesini artıra bilər.

Klinik ölüm, bir çox səbəbdən baş verə bilər. Çox zaman klinik ölüm infarkt keçirmə, ağciyərlərin kəsilməsi kimi şiddətli xəstəliklərin nəticəsi ola bilər. Beyində hərəkət edən şüurun itməsinə səbəb olan hipoksiya vəziyyətinə səbəb olur. Məsələn; klinik ölüm əlaməti, avtomobil qəzasından sonra böyük qanaxma nəticəsində ortaya çıxa bilər. Klinik ölümdən sonra həyata qaytarılan insanlar müxtəlif halusinasiyalar gördüklərini dilə gətirir. Bəziləri böyük sürətlə işıqlı bir tuneldən keçdiyini görür, bəziləri ölmüş qohum əqrabalarını, bəziləri isə yıxılma hissi yaşayır. Klinik ölümlə bağlı bir çox müzakirələr var. Bəzi insanlar, bunu şüurun bədənlə əlaqəli olmadığını və reallığın bir təzahürü olduğunu düşünür. Bəziləri də bunu real həyatdan o biri dünyaya keçiş kimi görür. Bəziləri isə, bunu ölüm başlamışdan öncə görülən halusinasiyalar olduğunu düşünür. Ancaq klinik ölüm həyata geri dönən insanları tamamilə dəyişdirə bilər.

İlahin, Bizimyol.info

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Ağır dərs yükü, əlavə repetitor: “Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq”
Son xəbərlər
Bütün xəbərlər »