Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Xaricdə təhsili müxtəlif yollarla gözdən salmağa, onun qarşısını almağa çalışırlar”
“Xaricdə təhsili müxtəlif yollarla gözdən salmağa, onun qarşısını almağa çalışırlar”

Milli Məclisin deputatı Musa Qasımlı xarici ölkələrin universitetlərində təhsil alan vətəndaşları sərt tənqid edib. O, çıxışı zamanı bildirib ki, bu tələbələrin necə oxuması sual altındadır, həmin universitetlər üçün Azərbaycan vətəndaşı, ailəsi sponsora çevrilib və həmçinin xaricə təhsil alan gənclər bəlli təsir altına düşürlər, milli təhlükəsizliyimiz üçün problem yaradırlar.

Xaricdə təhsil almış gənc fəal Bəxtiyar Hacıyev Bizimyol.info-ya açıqlama verərək, bildirib ki, professor Musa Qasımlının çıxışında haqlı olduğu məqamlar da var, çox haqsız olduğu məqamlar da.

Bəxtiyar Hacıyev Bəxtiyar Hacıyev

“Azərbaycan gənclərinin bir qismi doğrudan da imtahansız qəbul edən, təhsil haqqı yüksək olan, reytinqi aşağı olan, formal təhsil verən bir sıra universitetlərdə təhsil alırlar. Həmin şəxslər sonradan ölkəyə qayıdaraq xaricdə təhsil aldıqlarını deyib diplomlarının tanınmasını tələb edirlər.

Ancaq Musa müəllim ümumiləşdirmə aparmaqla yanlış edib. Azərbaycan gənclərinin bir çoxu müxtəlif ölkələrin nüfuzlu ali məktəblərində müxtəlif ölkələrin nüfuzlu təqaüdlərini qazanaraq da təhsil alırlar. Onlar öz sahələrində dərin biliklər əldə etsələr də, peşəkar kimi formalaşsalar da, onların da bəzi hallarda həm diplomlarının tanınmasında, həm də Azərbaycanda əmək bazarında öz bilik və bacarıqlarına uyğun işlərdə işləməsində problem yaranır”.

Bəxtiyar Hacıyevin sözlərinə görə, Musa müəllim ümumiləşdirmə edərək xaricdə təhsilin dəyərini aşağılamaqla yanlış edir.

“Eyni zamanda həm Musa müəllimi, həm də yaşlı nəsil məmurların bir çoxunu narahat edən "bəlli təsirlər", "milli təhlükəsizliyimiz üçün problemlər yaradırlar" adlandırdıqları təsirlər nədən ibarətdir? Hətta sabiq təhsil naziri Misir Mərdanov da çıxışlarında xaricdə təhsil alan gənclərin "başlarının dəyişidirildiyini" bildirirdi. Burada düşünürəm ki, yaşlı nəsil məmurları gənclərimizin xaricdə azad, demokratik, ədalətli mühitlərdə yaşaması nəticəsində Azərbaycana qayıtdıqda da eyni azadlığı, demokratik mühiti və ədaləti tələb etmələri nəzərdə tutulur. Hər bir haqsızlıq, ədalətsizliyə baş əyən, dəstək verən gənclər arzusunda olan yaşlı məmur təbəqəsi üçün təbii ki, xaricdə yüksək təhsil almış, azad və demokratik mühiti dadmış və Azərbaycanda da ədalət, azadlıq tələb edən gənclər arzu edilmir, ona görə də ümumilikdə xaricdə təhsili müxtəlif yollarla gözdən salmağa, onun qarşısını almağa çalışırlar”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »