Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni klinika”ya yerləşdirilib.
Bizimyol.info xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat verib.
Bildirilir ki, QAT sədri Akif Nağı xeyli müddətdir "COVID–19"a yoluxub. Ev şəraitində müalicə aldıqdan sonra istənilən nəticə olmadığına görə Akif Nağı və həyat yoldaşı Vəsilə xanım bu gün “Yeni klinika”ya yerləşdiriliblər.
Ümid edirik ki, müalicələri uğurla keçəcək.