Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: 4 noyabr, 2021-ci il – Fikrinizi cəmləmək çətin ola bilər
Ulduz falı: 4 noyabr, 2021-ci il – Fikrinizi cəmləmək çətin ola bilər

Bizimyol.info 4 noyabr, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Günün başlanğıcı gərgin olacaq. Bu zaman fikrinizi cəmləmək, planlar qurmaq çətin ola bilər. Bəziləri hər şeyi bir anda istəyəcək, digərləri, əksinə, ümumiyyətlə, arzularının olub-olmadığını dərhal başa düşməyəcəklər. Fərqli insanlar üçün ortaq dil tapmaq çətin olacaq, fikir ayrılıqları istisna edilmir. Günorta daha sakit və məhsuldar olacaq. Bu zamana qədər nəyə diqqət yetirmək lazım olduğu bəlli olacaq. Çoxları həsəd aparılacaq qətiyyət nümayiş etdirəcək və uzun müddətdir can atdıqlarına nail olacaqlar. Əvvəllər barışmayanlar mübahisələri unudacaqlar.

Qoç - Tez hərəkət etməsəniz və düzgün müttəfiqlər seçməsəniz, problemlərinizi həll edə bilməyəcəksiniz. İntuisiyanız kimə etibar edə biləcəyinizi və kiminlə ehtiyatlı ola biləcəyinizi göstərəcək. Ehtiyac olmadığı halda risk etməyin ki, qanınızı qaraldan səhvlərə yol verməyəsiniz. Maliyyə və əmlakla bağlı bəzi suallara cavab tapmaq mümkün olacaq. Ola bilsin, qazancınızı necə artıracağınızı anlayacaqsınız və ya sizə qazanc gətirəcək sövdələşmələr bağlayacaqasınız. Sevgidə şanslı olacaqsınız. Burada təşəbbüs göstərmək faydalı olacaq, mütləq dəstəklənəcək.

Buğa - Günün başlanğıcı uğurlu və ruhlandırıcı olacaq. Bu zaman əvvəllər alınmayan cəhdlərin uğur gətirməsi də mümkün olacaq. Artıq çox enerji sərf etdiyiniz çətin və vacib işi uğurla başa vurmağınız mümkündür. Faydalı tanışlıqlar yer ala bilər. Bəziləri yeni müttəfiqlər tapacaqlar. Günün ikinci yarısında təşkilati məsələlərin həllinə, sənədlərin tərtibinə diqqət yetirməli olacaqsınız. Mümkündür ki, bəzi dövlət qurumları ilə əlaqə saxlamalı olasınız. Çətinliklər yaransa belə, planlarınızdan əl çəkməyəcəksiniz, məqsədinizə çatacaqsınız.

Əkizlər - Fikirlərinizi toplamaq çətin olacaq. Nə və necə edəcəyinizə tez qərar verə bilməyəcəksiniz. Sizi yaxşı tanıyan insanlar planlarınızı qurmağınıza kömək edəcək və sizə gözəl məsləhətlər verəcəklər. Siz illüziyalara aludə olmayacaqsınız və ya yalan ümidlər bəsləməyəcəksiniz; praktiki problemlərin həllinə diqqət yetirin və bunda uğur qazanacaqsınız. Maliyyə işlərində nizam-intizam saxlamaq, xırda şeylərə çox pul xərcləməmək vacibdir. Gün planlaşdırılmamış alışlar üçün münasib deyil. Amma şəxsi münasibətlər baxımından əlverişli olacaq. Yaxınlarınızla ünsiyyət çoxlu müsbət emosiyalar verəcək.

Xərçəng - Gün əlverişlidir - ünsiyyət və mühüm məsələlərin həlli üçün münasib olacaq. Əvvəllər yola getmədiyiniz insanlarla dil tapa biləcəksiniz. Ola bilər ki, barışmaz rəqiblər də sizin müttəfiqləriniz olmaq istəsinlər. Onlara güvənməyə tələsməyin; əvvəlcə onların ağlında nələrin olduğunuz öyrənin. Çoxdandır razı salmaq istədiyiniz adamlarda xoş təəssürat yarada biləcəksiniz. Bunun üçün heç bir səy göstərməməyiniz çox xoş olacaq; təbii davranmaq kifayət edəcək. Dostlarla görüşlər yaxşı keçəcək və romantik görüşlər də məyus etməyəcək.

Şir - Gün işgüzar ünsiyyət, mühüm məsələlərin müzakirəsi üçün əlverişli olacaq. Siz öz ideyalarınız barədə elə danışa biləcəksiniz ki, başqaları onların həyata keçirilməsində maraqlı olacaqlar. Uzun müddət əməkdaşlıq edə biləcəyiniz yeni müttəfiqlər meydana çıxacaq. İndi işgüzar münasibət kimi başlayan bir əlaqə zamanla dostluq xarakteri ala bilər. Vacib qərarlar qəbul etməyə tələsməyin. Hər hansı bir ciddi addım atmazdan əvvəl yaxınlarınızla məsləhətləşin. Onlar səhvlərdən qaçmağa, məqsədə ən qısa yolu tapmağa kömək edəcəklər.

Qız - Görüləsi işləriniz başqa günlərlə müqayisədə daha çox olacaq. Hər şey plana uyğun getməyəcək, ancaq planlaşdırdığınız hər şeyə vaxtınız çatacaq. İmprovizasiya etmək, situasiyanı çevik idarə etmək bacarığı faydalı olacaq. Əgər vacib qərar qəbul etmək lazımdırsa, intuisiyanıza qulaq asın: onun göstərişləri çox faydalı olacaq. Gün çoxlu maraqlı söhbətlər, xoş xəbərlər, müzakirə etmək istədiyiniz suallar gətirəcək. Əvvəllər ünsiyyətdən qaçan insanlar indi sizinlə danışmaqdan məmnun olacaqlar. Keçmişin bəzi qeyri-adi vəziyyətlərini başa düşmək, nəyin doğru, nəyin yalan olduğunu anlamaq mümkün olacaq.

Tərəzi - Çox şey gözlədiyinizdən daha yaxşı olacaq. Bəzi vacib məqsədlərə çatmağa çalışmaq, əvvəllər düşünülənləri həyata keçirmək üçün taleyin dəstəyindən istifadə etməyə dəyər. Qeyri-standart yanaşma tələb edən fəaliyyətlərdə uğur qazanacaqsınız. Bu gün sizdə olan ideyalar çətin ki, kiminsə ağlına gəlsin. Ətrafınızdakı insanlar sizə heyranlıqla baxacaqlar. Gün maliyyə baxımından uğurlu olacaq. Əlinizdə olan pulu necə istifadə edəcəyinizi və daha çox qazanmağın yollarını başa düşəcəksiniz. Gözlənilməz nağd pul gəliri istisna edilmir.

Əqrəb - Gün gərgin və çətin ola bilər. Ancaq xırda şeylərə görə əsəbi olmayacaqsınız, soyuqqanlılığınızı qoruyun və necə davranacağınızı başa düşəcəksiniz. Ətrafınızda əsəbilik və çaşqınlıq hökm sürə bilər, lakin onlar vacib məsələlərə diqqət yetirməyə, onları sona çatdırmağa mane olmayacaq. Ünsiyyət baxımından asan gün deyil. Başqaları ilə birlikdə çalışmaq həmişəkindən daha çətin ola bilər. Ancaq bunu da edə bilərsiniz - əgər istəsəniz... Unutmayın ki, bu gün ciddi məsələləri müzakirə etməmək daha yaxşıdır. Xoş bir şey haqqında danışmaq daha faydalı olar.

Oxatan - Gün mühüm görüşlər gətirəcək, çoxlu ortaq cəhətləri olan insanlarla söhbət etmək imkanı verəcək. Mübahisə yarana bilər, amma tutarlı dəlillər tapacaqsınız. Hətta əvvəllər öz nöqteyi-nəzərinin qeyd-şərtsiz doğru olduğuna inananlar belə etiraf edəcəklər ki, siz haqlısınız. Ola bilər ki, başqalarının işinə qarışmalı olacaqsınız. Zərif hərəkət etməyə çalışın; bu, iddialardan və gizli şikayətlərdən qaçmağa kömək edəcək. Günortadan sonra bəzi məişət problemlərini yoluna qoya və yaxşı alış-veriş edə biləcəksiniz. Gözlənilməz hədiyyələr mümkündür.

Oğlaq - Bu gün sakit qalmaq sizin üçün çətin ola bilər. Əhvalınız dəyişkən olacaq, emosiyaların öhdəsindən asan-asan gələ bilməyəcəksiniz. Xüsusilə şəxsi həyatınıza aid olan ciddi qərarlar qəbul etməyə vaxt ayırın. Hər şeyi düşünün - necə davam edəcəyinizi başa düşəcəksiniz. İstənilən biznes sövdələşmələri səbr və ehtiyatlılıq tələb edəcək. Uzunmüddətli tərəfdaşlar, həmkarlar gözləmədiyiniz bir şeyi söyləyə və ya edə bilərlər. Ancaq özünüzü düzgün aparacaqsınız, buna görə də heç bir problem olmayacaq. Səhər fikir ayrılıqları yarana bilər, lakin siz hər şeyi tez yoluna qoyacaqsınız.

Dolça - Günün əvvəlində yarana biləcək fikir ayrılıqlarını ürəkdən qəbul etməyin. Bəzən elə gələ bilər ki, ətrafınızdakılar sizin səbrinizi xüsusi olaraq sınayırlar. Ancaq məsələ sadəcə, xırda bir anlaşılmazlıqdan ibarətdir və tezliklə keçmişdə qalacaq. Günün ikinci yarısı ünsiyyət üçün əlverişli olacaq. Əvvəllər tez-tez mübahisə etdiyiniz insanlarla belə danışıqlar apara biləcəksiniz. Gün sizə maraqlı fikirlər gətirəcək xoş sürprizlər və şad xəbərlər vəd edir. Axşam yaxınlarınızla planları müzakirə etmək vaxtıdır. Planlarınızı necə həyata keçirəcəyinizi birlikdə başa düşəcəksiniz.

Balıq - Gün parlaq və maraqlı olacaq. Böyük həvəslə götürəcəyiniz yeni işlər ortaya çıxacaq. Əvvəllər düşünülmüş işləri həyata keçirmək, çox enerji xərclənmiş işi uğurla başa çatdırmaq mümkün olacaq. Siz təkbaşına hərəkət etməklə uğur qazana bilərsiniz, amma köməkdən də imtina etməyin. Ümumi işlər insanları yaxınlaşdırır və birləşdirir. Ola bilər ki, bu gün yeni dostlar tapasınız. Uzun müddət görmədiyiniz və ünsiyyət qurmadığınız insanlarla görüşə bilərsiniz. Şübhəsiz ki, danışılacaq çox mövzular var. Ola bilsin ki, birlikdə həyata keçirmək istədiyiniz planlar qurasınız.

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər