Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfqanıstanda böyük insanlıq dramı: Doqquz yaşlı qızını 2200 dollara satdı!
Əfqanıstanda böyük insanlıq dramı: Doqquz yaşlı qızını 2200 dollara satdı!

Avqust ayında Taliban rəhbərliyi ələ keçirdikdən sonra böyük xaos yaşanan Əfqanıstanda xalqın düşdüyü yoxsulluq həddi getdikcə daralır.

Bizimyol.info xəbər verir ki, əfqanıstanda yoxsulluq səviyyəsi o həddə çatıb ki, bəzi ailələrin balaca qızlarını satmağa məcbur qalırlar. Məlumata görə, Əfqanıstanda 15-19 yaş arası qızların 10 faizi hər il reproduktiv sağlamlıq xidmətlərindən istifadə etmədən uşaq dünyaya gətirir.

Təkcə bu il 677 min insanın evini tərk etməli olduğu ölkədə Taliban hakimiyyəti ələ keçirdikdən sonra qızların məktəbə getməsi də qadağan edilib. Məktəbə göndərilməyən qızların çoxunun ailəsi tərəfindən ərə verilməsi xahiş olunur.

70 yaşlı kişiyə satılmağa hazırlaşan 10 yaşlı Maqul da erkən yaşda evlənməyə məcbur edilən qızlardan biridir. O, xarici media orqanlarına açıqlama verən zaman bildirib ki, hər gün ağlayır. Buna səbəb isə atasının qonşusundan aldığı 200 min əfqan (2200 dollar) borcunu ödəyə bilməməsi və balaca qızcığazı həmin məbləği ödəyə bilmək üçün satmaq istəməsidir. Maqulu almağa hazırlaşan 70 yaşlı kişi isə balaca qızın evdə təmizlik və yemək bişirməkdə kömək edəcəyini iddia edir. Amma dəhşətli həqiqəti hamı bilir...

Maqul isə deyir: "Ailəmi tərk etmək istəmirəm. Satılsam, özümü öldürərəm".

Leyla, Bizimyol.info

Paylaş »
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
››› Rusiya “omicron”la bağlı iddialara cavab verdi
Son xəbərlər
Bütün xəbərlər »