Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qızqaçırma adəti: "Əvvəlki kimi "xoşuma gəldi, qaçırdım" deyə bir fikir yoxdur"
Qızqaçırma adəti: "Əvvəlki kimi "xoşuma gəldi, qaçırdım" deyə bir fikir yoxdur"

Qızqaçırma, Qırğızıstanda uzun illərdir davam edən evlənmə ənənəsidir. Evlənmək istəyən kişi, yaxın dostları ilə birlikdə xoşuna gələn qızı qaçıraraq ailə həyatı qurur. Bu adət-ənənə, dünyanın bir çox ölkələrində var. Azərbaycanda da əvvəllər bu adət dəb halını almışdı. Bu gün isə qızqaçırma hadisələri, keçmiş dövrlərə nisbətən daha azdır.

Qızqaçırmanın adam oğurluğu kimi qanunvericilikdə yer alması bir çox kişiləri bu arzusunu həyata keçirməkdən saxlayır. Belə bir hadisə ötən gün Xəzər rayonunda baş verib. Südçülük sovxozu adalanan ərazidə 2007-ci il təvəllüdlü qız, naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, yeniyetmənin qaçırılması ilə bağlı DİN-ə məlumat daxil olub və onun axtarışına başlanılıb.

Mütəxəssislərin fikrincə, qızqaçırma adəti ötən əsrlərdə daha çox baş verirdi. Ailələrin evliliyə razı olmaması, yoxsulluq və s. bu kimi səbəblər qızqaçırma hadisələrini artırırdı. Sosioloq Tərlan Ağayevanın sözlərinə görə, əslində həmin dövrlərdə qızqaçırma pis adət hesab edilmirdi və gənclərin sevgisini əks etdirirdi.

"Gənclər bir-birini sevir və bu addımı atmağa qərar verirdilər. Və yaxud oğlanın hansısa qızdan xoşu gəlirdisə, qaçırıb ailə həyatı qururdu. Bu ailələrin hamısı xoşbəxt olurdumu? Xeyr! Ancaq adətləri dəyişmək mümün deyil, bu da sevilən bir adət idi",- deyən mütəxəssis, sonradan bu halların adam oğurluğu kimi dəyərləndirildiyini də qeyd etdi.

Hüquqşünas Fərid Həmidvovun sözlərinə görə, qızqaçırma Cinayət Məcəlləsinin 144 cü maddəsi ilə tənzimlənir. Və bu hal yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə, 10 ilə qədər azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır.

"Çox zaman qız qaçırıldıqdan sonra, qızın valideynləri hüquq-mühafizə orqanlarına müraciət edir. Bu zaman qız yetkinlik yaşına çatıbsa və qaçmağa özü də razılıq veribsə, qaçıran şəxsi heç bir məsuliyyət gözləmir. Əgər qaçırılan azyaşlıdırsa, evlənmək məqsədi ilə qaçırılmış olsa belə, adam oğurluğu maddəsi şamil edilir və qaçıran şəxsi 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Yəni daha əvvəlki dövrlərdə olduğu kimi kor-koranə "xoşuma gəldi, qaçırdım" deyə bir fikir yoxdur" - deyə ekspert bildirib. Onun sözlərinə görə, Azərbaycanda evlilik yaşı 18-dir. Yəni, bu yaşdan sonra qaçırılan qızların ifadəsi əhəmiyyətli hesab edilir. 18 yaşına qədər qaçırılan qızlarla bağlı vəziyyət isə adam oğurluğudur.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »