Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatdan anlaşılmaz sözlər və ya kompüter proqramçısına kimya nə gərək?..
Deputatdan anlaşılmaz sözlər və ya kompüter proqramçısına kimya nə gərək?..

Milli Məclisin deputatı Musa Qasımlı, xarici ölkələrin universitetlərində təhsil alan vətəndaşları sərt tənqid edib. O, çıxışı zamanı bildirib ki, bu tələbələrin necə oxuması sual altındadır.

“Həmin universitetlərdə təhsil alan tələbələrin valideynləri təhsil haqqını burdan göndərirlər. Həmin universitetlər üçün Azərbaycan vətəndaşı, ailəsi sponsora çevrilib.

Onlar geri qayıdanda Təhsil Nazirliyimiz, dövlətimiz, bəlli qurumlar problemlə üzləşir. Bu gün Təhsil Nazirliyini məkhəməyə verən nə qədər vətəndaşlar var. Bu vətəndaşlar məhkəmələrə üz tutmaqla Azərbaycanda sosial gərginlik yaradırlar”.

Bundan əlavə deputat qeyd edib ki, xaricə təhsil alan gənclər bəlli təsir altına düşürlər və gələndə bizim milli təhlükəsizliyimiz üçün problemlər yaranır.

İlqar Orucov İlqar Orucov

Təhsil eksperti İlqar Orucov məsələ ilə bağlı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bizim xaricdə təhsil alan gənclərimizin mütləq şəkildə təsir altına düşdüyünü demək yalnışdır.

“Bizim xaricdə təhsillə bağlı dövlət proqramlarımız var. Eyni zamanda gənclərin təhsil alması ilə bağlı Azərbaycanla müxtəlif ölkələrin məqsədli proqramları var. Ayrı-ayrı dövlətlərin təqaüd proqramları da var. Bu təqaüd proqramlarında da qorxulu məqam yoxdur. Amma xaricdə müəyyən qüvvələrin himayəsi altında təhsil alan gənclərin sonrakı taleyi, məqsədli şəkildə gələcəkdə iradə olunması, onların milli dəyərlərdən uzaq salınması, gənclərdən dövlətimizə qarşı istifadə olunması halları varsa, təbii ki, bu qorxuludur. Bu məsələdə hər kəs diqqətli olmalıdır. Bir misal var ki, “tələdəki ancaq yem ola bilər””.

Elçin Əfəndi Elçin Əfəndi

Təhsil eksperti Elçin Əfəndi isə Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, tələbələrin xaricə təhsil axınına beyin axını deməzdim. “Sadəcə təmin tələbələrin valideynləri hesabına sponsorlu təhsil almalarına imkan yaradılır. Həmin tələbələrin də kifayət qədər savadlı tələbə kateqoriyasına daxil olmaları mümkün deyil. Çünki onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinə daxil ola bilmədikləri üçün birbaşa atestatla və müxtəlif yollarla həmin universitetlərə qəbul olunurlar. Halbuki dövlətin müəyyən xətləlri ilə də qəbul olma imkanları var. Məsələn, Türkiyə, Gürcüstan, Avropanın bəzi ölkələrində, Çində və s. ölkələrin universitetlərinə dövlət xətti ilə qəbul olan şəxslər var. Biz ölkəmizdə keçirilən imtahanların qaydalarını bir qədər sadələşdirməliyik ki, tələbələr kənara çıxmasın. Musa Qasımlı çıxışında bildirir ki, sərtləşdirilməlidir. Xeyr, əksinə, imtahan qayları sadələşdirilməldir ki, biz tələbəni itirməyək və həmin pul öz ölkəmizdə qalsın. Xaricdə təhsil alan tələbələrin geri dönməsini istəyiriksə, mütləq şəkildə həmin tələbənin burada işlə təmin olunmasına diqqət ayrılmalıdır. Yaxşı olar ki, Milli Məslisin elm və təhsil komitəsi, Təhsil Nazirliyi, təhsilə aidiyyatı olan qurumlar ilk olaraq, təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına çalışsınlar, imtahan qaydalarını sadələşdirsinlər, şəffaflığı tam təmin etsinlər. Bunlardan sonra kənara çıxan tələbələr haqqında hər hansısa fikir yürüdərlər”,- deyə bildirib.

Qeyd edək ki, bütün dünyada tələbə mübadiləsi normal sayılır. Azərbaycanda təhsilin çox aşağı səviyyəsinə baxmayaraq, hətta burada da təhsil alan əcnəbilər var. Xaricə tələbə axınının başlıca səbəbi odur ki, orada qəbul asan, təhsil isə yüksək səviyyədədir. Yəni abituriyent asanlıqla universitetə daxil olur və həqiqi mütəxxəssis olaraq təhsilini başa vura bilir. Hərçənd təhsil prosesi ağır olduğuna görə diplomunu ala bilməyən və ya gec alanlar da az deyil. Azərbaycanda isə tərsinədir - çətinliklə daxil olur, sonra heç dərsə getməsə də, pulunu verib diplomunu ala bilər. Məsələn, kompüter proqramçısı olmaq istəyən adam nəyə görə kimya, lap elə fizika fənnindən qəbul imtahanı verməlidir? Bu suala məntiqli cavab tapa bilsək, Azərbaycan təhsili haqqında tərif də söyləyə bilərik...

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər