Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qışda dəriyə qulluq necə olmalıdır...
Qışda dəriyə qulluq necə olmalıdır...

Havalar soyuduqca dəri gərginləşir, dəridə qabıqlanma və çatlar yaranır. Daxili məkanlarla çöldə olan hava istiliyinin fərqi, dəridəki quruluğu artırır. Qışda dəriyə xüsusi qulluq tələb edir. Qışda dərini necə qoruyaq, bu sual bütün qadınları düşündürür.

Kosmetoloq Səadət Mustafayeva Bizimyol.info saytına açıqlamasında bildirib ki, qışda dərini havanın təsirlərindən qorumaq üçün bir çox üsullardan istifadə etmək olar:

Kosmetoloq Səadət Mustafayeva Kosmetoloq Səadət Mustafayeva

  1. Dəriyə uyğun nəmləndiricilərdən istifadə edilməlidir.

    Soyuq və quru havanın daha çox müşahidə edildiyi qış aylarında, dərini nəmləndirmək üçün müxtəlif vasitələrdən istifadə edilə bilər. Bunlaraa lasyon, krem və s. vasitələr daxildir.

    Ancaq üz üçün hər hansı bir vasitə almamışdan öncə dermatoloq dərinizin hansı tip olduğunu müəyyən etməlidir.

    Qışda aylarında havanı qurutmaq üçün istifadə edilən isitmə avadanlıqları da dərini qurudar, əl və ayaqlarda səpmə və yaxud çatlamaya səbəb ola bilər. Dəri qorunmadığı təqdirdə, soyuğa məruz qalan nahiyələrdə eqzema da müşahidə edilə bilər.

  2. Sızanaqların tıxanmamasına diqqət göstərin.

    Üzünüzə çəkdiyiniz yağ tərkibli maddələr, avokado və badamdan çəkilmiş maddələrin sızanaqları tıxamayacaq tərkibdə olmalıdır. Sızanaqların tıxanmasına səbəb olan məhsullar, üzdə yağlanmaya və sızanaqların artmasına səbəb ola bilər.

  3. Spirt səviyyəsi yüksək olan maddələrdən uzaq durun.

    Üz dərisinin çox quru və həssas olduğu vəziyyətlərdə dəriyə pilinq edən məhsullar, gil maskası və spirt tərkibi yüksək səviyyədə olan məhsullardan uzaq durmaq lazımdır. Üzdəki yağ baryerini yox edən belə məhsular, soyuq havanın mənfi təsirlərinə qarşı dərinizi müdafiə edə bilmir. Bunun əvəzinə dərini qurutmayan, təmizləmə südləri və köpüklər, tərkibində spirt olmayan nəmləndiricilərdən istifadə edilməlidir.

  4. Təmizləmə gelləri əvəzinə sabundan istifadə edin.

    Soyuq havanın təsirlərindən qorunmaq üçün əlcək, qalın corab və s. kimi geyimlərdən istifadə edilməlidir.

    Bu dövrdə əl gigiyenasını təmin etmək üçün; nəm salfetka, əl təmizləmə gelləri kimi dərinin pH balansını pozan kimyəvi məhsullar yerinə sabun istifadə edilməlidir.

  5. Ayaqlarınızı da qoruyun.

    Qış aylarında topuqlarda bərkimə, çatlama problemləri yaranır və insanı çox narahat edir. Bunun üçün dermatoloqun məsləhət gördüyü vasitələrdən istifadə edə bilərsiniz.

  6. Hava soyuq olsa belə, otağınızı havalandırın.

    Qışda isitmə vasitələri, ev və ofis şəraitində həm isti, həm də quru hava yaradır. Bu vəziyyətin qarşısını almaq üçün evə və ya ofisə nəm yaradan cihazlar alınmalıdır. Və yaxud evdə bir neçə yerdə su dolu qab qoyun. Bu da havanı nəmləndirəcək.

  7. Qaynar su ilə yuyunmayın.

    Qışda çox isti hamamdan qaçmaq və hamamda keçirilən zamanı azaltmağa çalışın. Bu dərinin sağlamlığı üçün önəmlidir. Bədənin yağ baryerini pozan isti hamam, nəm itkisinə səbəb olur. İsti su ilə yuyunmaqdan çox, ilıq suya önəm verin.

  8. Qış aylarında da günəşdən qoruyucu kremlərdən istifadə edin.

    Günəş şüalarının dəridə yaratdığı ləkələr, yaşlanma və dəri xərçəngi kimi mənfi təsirlər yay ayları qədər olmasa da, qışda da davam edir. Günəşin zərərli şüalarından qorunmaq üçün qoruyucu kremlərdən istifadə edin.

  9. Mezoterapiya ilə istədiyiniz dəriyə sahib ola bilərsiniz.

    Qışda zərər görən dəriyə mezoterapiya edilə bilər. Dərman və bitki tərkibli vasitələr, üzə iynə vasitəsilə vurularaq hüceyrə və yağ toxumaları yenilənə bilər. Dərinin yenidən nəm qazanmasını və möhkəmlənməsini təmin edən prosedur günəş işığı, siqaret, hava kirliliyi kimi dəri altında olan və toxumalara zərər verən təsirlərdən də qoruyur.

  10. Plazma terapiyasını tətbiq edin.

    Bunun üçün plazma prosedurlarına müraciət edilməlidir. Bu prosedur zamanı şəxsin qanı alınır, daha sonra xüsusi aparatla tərkibində olan məhlul əldə edilərək iynə vasitəsilə üzə vurulur.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »