Orta Asiyada rus dilinin işlək olmasıyla bağlı böyük həssaslıq yaranıb. Dil islahatlarının tərəfdarları rusca danışanlara qarşı açıq aqressiya nümayiş etdirir. Qırğızıstanda avqustun əvvəlində yerli vətəndaş uşaq mərkəzində kalkulyatoru qadının başına vurmuşdu. O, sualına rusca cavab verilməsinə dözməmişdi.
Bizimyol.info xəbər verir ki, Əli Alimbekov azadlığa buraxılıb. Onun cinayət işinə xitam verilməsiylə bağlı vəsatəti təmin edilib. Məhkəmə tərəflərin barışıq əldə etdiyini bildirib.
Hadisə avqustun 2-də baş vermişdi. Paytaxt Bişkəkdə övladını uşaq mərkəzinə gətirən Əli Alimbekov rusca cavab eşidəndə hisslərini cilovlaya bilməmişdi. O, mərkəzin əməkdaşının qırğızca danışmasını istəmişdi. Yenə rusca ifadə eşidəndə isə kalkulyatoru onun başına vurmuşdu. Hadisənin videogörüntüsü yayılandan sonra Alimbekovu həbs etmişdilər. Bişkək sakini bir az sərxoş olduğundan, belə addım atdığını demişdi.
Rusiya mətbuatı İssık-Kul vilayətində də bənzər hadisənin baş verdiyini yazırdı. Orada 9 yaşlı rus mənşəli uşağın döyüldüyü iddia olunurdu.
Bizimyol.info