Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Məktəb daxilində uşaqlardan yaxma götürülməlidir”
“Məktəb daxilində uşaqlardan yaxma götürülməlidir”

Son günlərdə məktəblərdə, bağçalarda uşaqlar arasında yayılan virus valideynləri narahat etməyə başlayıb. Bu xəstəlik hərarətsiz keçdiyi üçün uşaqlar virus daşıyıcısı olduqları halda dərslərdə iştirak edə və daşıyıcısı olduqları virusları daha da yaya bilirlər.

Həkim Aytən İsmayılzadə Bizimyol.info-ya açılaması zamanı bildirib ki, məktəblərdə tək hərarət ölçülməməli, həm də uşaqlardan yaxma götürülməlidir.

“Tutaq ki, bir uşaq özünü pis hiss etdi və məktəbdən dərsə gəlməməsi tövsiyyə edildi. Hərarət də olmadı. Bəs bu zaman hardan biləcəyik ki, bu uşaq covid infeksiyayına yoluxub, ya yox. Bəlkə covid infeksiyası onda hərarətsiz keçir və bu uşaq yoluxdurucudur. Ona görə də dövlət əhəmiyyətli yerlərdə edildiyi kimi məktəb daxilində də hər həftə yaxma götürülməlidir.

Məktəblərdə siniflərin belə dalğavarı bağlanıb açılmasındansa, profilaktik tədbirlər düzgün qurulmalıdır. Hər gün hərarət ölçməkdənsə hər həftə yaxma götürülməsi vacibdir. Çunki hərarət olan gün deyil, ondan bir neçə gün əvvəl artıq həmin uşaq virus daşıyıcıdır”.

Həkim açıqlaması zamanı özəl klinikalardakı analiz qiymətlərininin həddindən artıq baha olması məsələsinə də toxunub.

“Özəl klinikada yaxma götürülməsi çox bahadır. Yəni, 60-70 manat çivarındadır. Amma uşaqlar üçün analizlər özəl klinikalarda da çox güzəştli olmalıdır. Məsələn, uşağa qanın umumi, crp analizi təyin etmək vacibdir. Bu isə ən az 30 azn civarındadır. Hər valideyn də bu qədər məbləği ödəyə bilmir.

Deyə bilərsiniz ki, dövlət xəstəxanalarında bu analizlər pulsuzdur. Amma təssüflər olsun ki, bu analizlər orda doğru-düzgün edilmir.

Nazirlik deyir ki, özəllərin qiymət işinə qarışmırıq. Onda dövlət müəssisəsini lazımi avadanlıq, reaktiv və bunu edən personal ilə təmin edilsin”.

Leyla Mirzə

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
Son xəbərlər
Bütün xəbərlər »