Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erik Adams Nyu-Yorkun tarixində ikinci qaradərili mer oldu
Erik Adams Nyu-Yorkun tarixində ikinci qaradərili mer oldu

Seçki komissiyasının ilkin məlumatlarına görə, demokrat Erik Adams seçki məntəqələrinin 97,76%-dən əldə edilən məlumatların nəticələrinə görə Nyu-York meri seçkilərində səslərin 66,14%-ni (676 481 səs) toplayır.

Bizimyol.info xəbər verir ki, onun əsas rəqibi respublikaçı Kertis Sliva artıq məğlubiyyətini etiraf edib. O, 28,66% səs (293 127 səs) toplayır. Digər yeddi namizəd isə heç 3 faiz səs də ala bilməyiblər.

Adams, vəzifəsini başa vuran Bill de Blasiodan sonra 20 il ərzində Nyu-Yorkun ardıcıl olaraq ikinci dəfə demokratların nümayəndəsi və şəhərin tarixində ikinci qaradərili mer olacaq. Onun yanvarın 1-də vəzifəsinin icrasına başlayacağı bildirilir. Onu artıq Nyu York əyalətinin qubernatoru Keti Hokkul da təbrik edib.

Adams çıxışında bildirib ki, qələbəsi ilə “Nyu-Yorku yeni istiqamətə yönəltməyin” vaxtı çatıb. "Biz heç vaxt geri çəkilməyəcəyik. Nə Alman, nə Polşa, nə də Fransa arzusu var. Tək Amerika arzusu var. Biz 10 milyon arzunun gerçəkləşməsinə əmin olmalıyıq. Yanvar ayının 1-dən başlayaraq əldə edəcəyimiz budur", - deyə o bildirib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »