Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Bizimyol.info xəbər verir ki, nazirliyin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gündən noyabrın 5-dək hava şəraitinin bəzi rayonlarda qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.