Azərbaycanın daha iki boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/4 final görüşünə çıxıb.
"Report"un məlumatına görə, əvvəlcə 51 kq-da mübarizə aparan Məsud Yusifzadə tailandlı Tanarat Saenqpetlə qarşılaşıb.
Rəqibinə 0:5 hesabı ilə uduzan idmançı yarışı medalsız başa vurub.
71 kq-da çıxış edən Sərxan Əliyev isə bu raundda ABŞ təmsilçisi Obed Barti-El ilə qüvvəsini sınayıb. 4:1 hesablı qələbə qazanan idmançı adını yarımfinala yazdırıb.