Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov və Lavrov üçtərəfli bəyanatların icrasını müzakirə ediblər
Ceyhun Bayramov və Lavrov üçtərəfli bəyanatların icrasını müzakirə ediblər

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Bizimyol.info-ya verilən xəbərə görə, telefon danışığı zamanı nazirlər, ikitərəfli münasibətlər gündəliyinin bir sıra məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin üçtərəfli bəyanatların icrası, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı işçi qrupunun fəaliyyətini müzakirə ediblər.

Bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparan nazirlər, eyni zamanda 3+3 formatında əməkdaşlıq platformasının inkişafının vacibliyini qeyd ediblər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Fransa ilə İngiltərə arasında gərginlik artır
Son xəbərlər
Bütün xəbərlər »