Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Maskamı atıb xəyallarıma qaçıram" - Leykemiya həftəsi
"Maskamı atıb xəyallarıma qaçıram" - Leykemiya həftəsi

Hər şey kiçik bir uşağın xəyalı ilə başladı. 24 il əvvəl xəstəxana otağından başqa heç yerə çıxa bilməyən leykemiyalı uşaqlar, ataları həkim Üstün Ezerdən baxmaq üçün televizor istəmişdi. Xəstəxana rəhbərliyi bu tələbi rədd etdiyi üçün həkim Üstün Ezer dostları ilə birlikdə LÖSEV-i qurdu və uşaqları arzularına çatdırdı.

8 Noyabr 1998-ci ildə qurulan LÖSEV 2-8 Noyabr tarixlərini Leykozlu Uşaqlar üçün Milli Həftə kimi leykozlu uşaqlar və onların ailələrinə həsr edir. “Maskamı atıb xəyallarıma qaçıram!” mesajı ilə diqqəti çəkən tədbirlərin əsas məqsədi maarifləndirmədir. LÖSEV- Leykemiyalı Uşaqlar üçün Sağlamlıq və Təhsil Vəqfi bu il uşaqlıq illərində müşahidə edilən xərçənglər arasında ən çox görülən leykemiyaya həftə boyu fərqli fəaliyyətlərlə diqqət çəkməyə davam edəcək. Həftənin və leykemiyanın rəngi olan narıncı müalicə alan uşaqarı ümidləndirəcək, eyni zamanda leykemiya ilə mübarizədə fərdlərin və cəmiyyətin vəzifələrini vurğulayacaq. Türkiyənin böyük şəhərlərində gecələr işıqlandırılan bir çox bina, keçid, körpü, göydələn, abidə, müəssisə və təşkilatlar, yüzlərlə məkan bütün insanların dəstəyi ilə reallaşdırılan 2-8 Noyabr Leykozlu Uşaqlar üçün Milli Həftədə narıncı işıqlandırma ilə həftəyə dəstək olacaq. LÖSEV tərəfindən həftə ərzində maarifləndirmə seminarları keçiriləcək və məktəb zəngləri LÖSEV Himni kimi çalınacaq. İstanbul, Ankara və İzmir başda olmaqla, ölkə daxilində açılacaq LSV Shop stendlərində əl işi məhsullarının satışı ilə uşaqların müalicəsi dəstəklənəcək.

LÖSEV bu həftə hrə kəsi narıncı maska ilə dəstək olmağa çağırır. İctimai müəssisə və qurumlarla yanaşı, bir çox sosial məsuliyyətli markalarda maniken və işçilər narıncı maskalar taxaraq həftə ərzində LÖSEV-ə dəstək olacağını artıq elan etməyə başlayıb. Universitetlərdə könüllülər tərəfindən qurulan LÖSEV Faydaları (Fayda) Klubu və LÖSEV - Milli Təhsil Nazirliyinin protokolu ilə bütün məktəblərdə həyata keçirilən "İnci Layihəsi" çərçivəsində Qardaş Məktəblərdəki şagirdlər, leykemiya xəstəsi olan qardaşlarına dəstək olacaqlar. LÖSEV ofislərinin yerləşdiyi 9 böyük şəhərdə böyük kortejlər və festivallar keçiriləcək.

Həftənin sonunda Türkiyədə ümid yaradacaq xəbərlər bir-birinin ardınca paylaşılacaq. Qeyd edək ki, hazırda müalicə alan və 178 uşaq maskalarını atacaq.

İstanbul, Ankara və Nevşehir şəhərlərində xüsusi əyləncələr və "Maska Atma Partiləri" təşkil olunacaq. Sağalmış uşaqlar, Anıtkabiri ziyarət edəcək və Qazi Marşal Başkomandan Mustafa Kamal ATATÜRK-ə söz verəcəklər ki, böyüyəndə sağlam gələcək qurmaq üçün çox çalışacaqlar.

Dəstək olmaq istəyən hər kəs LÖSEV-in sosial media hesablarını izləyə, həftə boyu #lösemili1çocuğunhayali etiketi ilə paylaşa, tədbirlərə qatılaraq leykemiyaya diqqət çəkə və bu mübarizədə uşaqların səsi ola bilər.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› "Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
››› Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
››› Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
››› Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
››› Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
››› “Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
Son xəbərlər
Bütün xəbərlər »