Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qanunsuz "parkovşiklər"in sahibi olmasa, bircə dəqiqə də orada dayana bilməzlər
Qanunsuz "parkovşiklər"in sahibi olmasa, bircə dəqiqə də orada dayana bilməzlər

Bakının müxtəlif küçələrində qanunsuz park yerləri və qanunsuz "parkovşik"lər fəaliyyət göstərir. Məsələn; Nərimanov rayonu, Nərimanov metrosu yaxınlığında, Ağa Nemətulla küçəsi və s. ərazilərdə avtomobilini saxlamaq peşmançılıq gətirir. Dayanan kimi əynində qəribə bir forma və yaxud sarı jilet olan biri sənə yaxınlaşıb park yerinin pulunu istəyir. Pul ödəmək istəməyəndə isə, ərazidə parklamanın qanunsuz olduğunu, BNA və ya DYP gəlib avtomobili çəkəcəyini bildirir və üstəlik də əlavə edir ki, o, burada olduğu müddətdə avtomobili heç kim apara bilməz. Qısacası, 1 manat almamış bu "işçilər" səndən əl çəkimir. Acınacaqlısı budur ki, bu qanunsuz fəaliyyət göstərən "parkovşikərə" heç kim sahib çıxmır. İcra hakimiyyətləri parklamanın BNA -nın balansında olduğunu deyir, BNA isə həmin işçilərin onların əməkdaşları olmadığını...

Sahibsiz "pakorvşiklər", hər gün sürücülərin cibinə girərək, yığılan vəsaiti kiməsə ötürür. Etiraf edək ki, bu "qanunsuz" "parkovşiklər"in sahibi olmasa, bircə dəqiqə də orada dayana bilməzlər. Çünki hər bir ərazinin polisi, nəzarətçisi var. Görünən odur ki, bu sahib ya çox güclüdür, ya da ona deyiblər ki, "sən rahat ol, sənə heç kim toxuna bilməz". Olan isə vətəndaşa olur. Hər gün minlərlə manat heç kimin görmədiyi, kimliyi bəlli olmayan "gözəgörünməzin" cibinə axır.

Yeri gəlmişkən, qeyd edək ki, bir müddət əvvəl, Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib ki, paytaxtda pulsuz olan parklanma yerlərindən pul yığan "parkovşik"lərin BNA-nə aidiyyəti yoxdur. V.Kərimli əlavə edib ki, onların himayədarları var. Bakı şəhərində tariflər tətbiq olmadan vəsaitlərin yığılması mümkün deyil. Parkovşiklərə gəldikdə isə, BNA, hər hansı parkda duran şəxsə xüsusi vəsiqə verməyib.

Kərimli xüsusi olaraq bildirib ki, həmin park yerlərində vətəndaşın daşınan əmlakına ziyan vurulsa da, qarşılanmır. Qeyd edək ki, Bakıda parklama ilə bağlı məsuliyyət, BNA-nin üzərindədir.

Nəqliyyat məsələləri üzrə ekspert Fazil Məmmədov hesab edir ki, ölkədə icazəsiz heç nə yoxdur. Yəni, əgər parkovşiklər açıq şəkildə fəaliyyət göstərə bilirsə, onların rəsmi deyil, qeyri-rəsmi icazəsi var. Bəlkə elə bu səbəbdəndir ki, paytaxtda paklama yerləri üçün tariflər uzun illərdir ki, təyin edilmir. Elə bu səbəbdəndir ki, Bakı tıxac içərisində boğulur. Avtomobillərin yolların kənarında, "dayanma-durma qadağandır" işarəsi vurulan yerlərdə saxlanılması şəhərin küçələrini keçilməz vəziyyətə salır.

Kimdir günahkar?

Bu məsələyə hüquq mühafizə orqanları belə reaksiya vermir. "Əgər bu, həqiqətən icazəsiz fəaliyyət olmuş olsaydı, qarşısı alınmış olardı. Dövlət qurumları da bu məsələyə göz yumursa, həmin parklama şirkəti kimindirsə, güclü adamdır".

Qeyd edək ki, qanunla parklama yerlərində 15 dəqiqə pulsuz dayanmaq olar. Bu, "Yol Hərəkəti Haqqında" qanunda yazılıb. Ancaq bütün parkalama yerlərindən 1 manat tələb edilir. Şikayətini deməyə isə heç kim yoxdur. Bu səbəbdən də nəzərə alın ki, həmin parklama yerlərində mübahisə etsəniz belə, günahkar siz çıxarılacaqsınız. Ya avtomobilinizi saxlamaq üçün 1 manatınızı verib gedin, ya da avtomobilinizi pul vermədiyiniz üçün Allaha əmanət edib gedin. Başqa yol yoxdur. Biz isə gözləyək, görək dövlət qurumlar bu məsələlyə nə zaman ciddi yanaşacaq.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »