Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peykdən Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığdığı görünür - Foto
Peykdən Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığdığı görünür - Foto

Ukraynanın Donbass bölgəsində “Bayraktar”larla separatçı qüvvələrin artilleriya mövqelərinə zərbə endirməsi Rusiyanı qəzəbləndirib. Bölgədə müharibə rüzgarı əsməyə başlayıb. İndi peykdən Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığdığı görünür.

Bizimyol.info xəbər verir ki, “Maxar Technologies” sistemi Kremlin Yelnya şəhəri yaxınlığına tanklar, artilleriya texnikası yönləndirdiyini göstərir. Bryansk və Kursk ətrafında 4-cü tank diviziyasının texnikası görünməyə başlayıb.

Peykdən Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığdığı görünür

Qərb mətbuatı gərginliyin xüsusilə Ukraynanın və Gürcüstanın NATO ilə danışıqları intensivləşdirməsinə görə artdığını yazır. Rusiyanın qonşusu ilə sərhədə qoşun yığması xəbəri əvvəlcə “The Washington Post”da peyda olmuşdu. Amma onda peyk görüntülərindən söz açılmırdı. Bunun ardınca “Reuters” bənzər məlumat yaydı. Maraqlıdır ki, Ukrayna Müdafiə Nazirliyi xəbəri təkzib etmişdi.

Rusiyanın NATO ilə ayrıca münasibətləri pis vəziyyətdədir. Hərbi alyans 8 rus diplomatı casusluqda ittiham edərək vətəninə yollamışdı. Moskva NATO-nun bütün missiyasını bağlamaqla cavab vermişdi. Avropa parlamentinin deputatı, müdafiə və təhlükəsizlik məsələləri üzrə komitənini rəhbəri Natali Luazo çox vacib cümlə işlətmişdi. O, Rusiyadan həmişə təhlükə gözlədiklərini demişdi.

Bizimyol.info

Paylaş »
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
››› Rusiya “omicron”la bağlı iddialara cavab verdi
Son xəbərlər
Bütün xəbərlər »