Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kamran Əliyev “Haber Global”a erməni cinayətlərindən danışdı: “Sübutlarımız var” - Video
Kamran Əliyev “Haber Global”a erməni cinayətlərindən danışdı: “Sübutlarımız var” - Video

Ermənistan tərəfdən minalanmış ərazilərin xəritələrinin verilməsində maneələr törədilir.

Bu sözləri Azərbaycan baş prokuroru Kamran Əliyev “Haber Global”a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu xəritələr ya verilmir, ya da verildiyi zaman tam dəqiqliyi əks etdirmir.

“Biz bu istiqamətdə fəaliyyətlərimizi davam etdiririk. Bir tərəfdən həmin əraziləri öz gücümüzlə, müttəfiqlərimizin gücü ilə minalardan təmizləyirik. Ermənistan tərəfi ilə də istənilən halda danışıqlar aparılır”.

K.Əliyev Ermənistanın törətdiyi cinayətlərdən də söz açıb:

“Ekoloji cinayətlər, tarixi abidələrə qarşı cinayətlər var. Eyni zamanda vətəndaşların evlərini dağıdıblar”.

O, Ermənistanın törətdiyi cinayətlərə görə cəzasız qalmayacağını, bu istiqamətdə işlər aparıldığını vurğulayıb: “Kifayət qədər sübutlarımız var”.

K.Əliyev bütün bu müddətdə Azərbaycanın yanında olan Türkiyəyə də təşəkkür edib.(oxu.az)

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
Son xəbərlər
Bütün xəbərlər »