Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sirri açılmamış möcüzələr: Qədim bilgilərin saxlandığı 6 sirli kitab

Dünyada sirri açılmamış çox tarixi abidələr var. Bizimyol.info Rusiya mediasına istinadən Yer üzündə məlum olan 6 sirli kitabə barəsində məlumatı təqdim edir.

Voyniçin monskripti

Bu kitab XV əsrdə naməlum müəllif tərfindən, naməlum bir əlifba ilə qələmə alınıb. 240 səhifəlik bu kitabda maraqlı illüstrasiyalar. astronomiya, botanika və bialogiya barəsində məlumatların yazılmasından xəbər verir.Kitab 1912-ci ildə tacir Valfred Voyniç tərfindən bir italyan monastrında tapılıb. Hələ ki kitabı oxumaq mümkün olmayıb. Tədqiqatçıların fikrinə görə bu kitab tibb və botanika barəsində kodlaşdırılmış məcmuədir.

Roxontsi məsəlləsi

Tərcümə olunmamış daha bir kitabdır.448 səhifədən ibarətdir1838-ci ildən bu günə qədər alimlərin diqqətini cəlb etsə də hətta hərflərin hansı sıralama ilə oxunmalı olduğu məlum deyil. Kitabda mənzərə, din və məişət hadisələrini əks etdirən 87 illüstrasiya təsvir olunub.

Kətan kitabə

Kətan üzrində yazılmış və mumiyaya sarınmış bu kitabə Misirşünasların fikrinə görə etrus dilində yazılıb. Bu dil barəsində çox az məlumat var. Bunaa görə kitabənin çox az hissəsi tərcümə olunub. Alimlərin fikrinə görə kətan kitabədə din. həyat və etrus xalqı barəsində məlumatlar əksini tapıb.

Ripli məktubları

Müəllifi qədər sirli kitabədir. Onu kimyagər Corc Ripli XV əsrdə yazıb. Ən böyük məktub 6,5 metr uzunluğqda yazılıb. Qədim ingilis dilində şer formasındadır. Mətn və rəsmlər o qədər qarmaqarışıqdır ki alimlər indi də məktubun mənasını anlaya bilmirlər. Ripli ilə eyni zamanda yaşamış insanlar onun əbədi gəncliyin sirrini, fəlsəfə daşını düzəltməyin sirrini bildiyini idia edirdilər.

Ronqo-Ronqo

Bu kitabə Pasxa adasında tapılıb. Taxta üzərinəd yazılıb.25 belə taxta kitabə mövcud olsa da ozumaq hələ ki mümükün olmayıb. Məsələ bundadır ki, Pasxa aası təcrid olunmuş bir ada idi və ronqo- ronqo başqa dillərin təsiri olmadan yazılıb.

Yadda qalan günlərin xronikası

İntibah dövründə yazılmış ən yaxşı təsviri kitablardan biridir.. Kitab 1557-ci ildə Konrad Likosfen tərfindən yazılıb. Maraqlı fakt budur ki kitabda təsvir olunan heyvanlar ən xırda dəqiqliyinə qədər təsvir olunub. Və ən maraqlsıı budur ki onlardan bir çoxu elmə məlum deyil.Daha bir heyrətverici məqam kitabda 1497-ci ildə yerli sakinlərin səmada görmüş olduqları uçan naməlum obyektin təsviridir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »