Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Morrisondan sərt reaksiya: "Makronun ölkəmi alçaltmasına icazə verməyəcəyəm"
Morrisondan sərt reaksiya: "Makronun ölkəmi alçaltmasına icazə verməyəcəyəm"

Avstraliyanın baş naziri Skott Morrison Fransa prezidenti Makronun Avstraliya ilə Fransa arasında sualtı gəmi müqaviləsinin ləğvi ilə bağlı açıqlamalarına reaksiya verərək ölkəsinə qarşı “alçaldılmaları” və “təhqirləri” qəbul etməyəcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Emmanuel Makronun iki ölkə arasındakı sualtı gəmi müqaviləsinin ləğvi ilə bağlı "yalan danışdığı"  ittihamlarını rədd edən baş nazir Morrison Birləşmiş Millətlər Təşkilatı (BMT) İqlim Dəyişikliyi Konfransı (COP26) çərçivəsində qatıldığı Qlazqoda açıqlama verib.

Avstraliyanın baş naziri Morrison Fransa prezidentinə sərt reaksiya verib: "Makronun ölkəmi - Avstraliyanı alçaltmasına icazə verməyəcəyəm",- deyə bildirib.

Avstraliyanın Fransa ilə əlaqələrini bərpa etmək mərhələsində olduğunu ifadə edən Morrison: "Son bir neçə gündə bir neçə dəfə danışmışdıq. Əminəm ki, Avstraliyaya qayıtmazdan əvvəl bir daha danışacağıq".

İtaliyanın paytaxtı Romada keçirilən "G20" Liderlər Zirvə Toplantısında Avstraliya ilə Fransa arasında sualtı gəmi böhranı ilə bağlı sualları cavablandıran Makron bir jurnalistin "düşünmürsünüz ki, Scott Morrison sizə yalan danışıb?"  sualına, “düşünmürəm, dəqiq bilirəm, əminəm”, -deyə cavab vermişdi.

Yalan danışdığına dair iddiaları rədd edən Morrison, iyun ayında Yelisey sarayında verilən şam yeməyi zamanı məsələni açıq şəkildə gündəmə gətirdiyini bildirib.

Morrison, Avstraliyanın müqavilənin ləğvi barədə Fransaya əvvəlcədən məlumat verdiyini bildirdi.

Bizimyol.info

Paylaş »
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
››› Partlayış baş verən mədəninin direktoru həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »