Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Payız depressiyasının əlamətləri və müalicəsi
Payız depressiyasının əlamətləri və müalicəsi

Payız deyən zaman insanların yadına kədər düşür. Təbiətin yeniləndiyi, tətillərin edildiyi, açıq havada uzun zaman keçirilən günlərin arxasınca payızın gəlməsilə gündüzlər qısalır, hava sərinləyir və yarpaqlar tökülməyə başlayır. Təbiətdə olan bu dəyişiklik, insanlara da təsir edir və onları mövsümi depresiyaya doğru çəkir.

Nevroloq-psixoloq Öndər Yavuzun sözlərinə görə, təbiətdəki dəyişikliklər insanlarda da mənəvi dəyişikliklərə səbəb olur.

Payızda niyə depressiv oluruq?

Mütəxəssis qeyd edir ki, bədənin bioloji saatını və ritmini nizamlayan melotonin hormonu günəş işıqları azaldığı zaman gecələr uzun, gündüzlər qısalan zaman daha çox ifraz edilir. Gün işığı azaldıqca, beyində yüksək miqdarda yaranan melotonin hormonu insan bədənindəki enerjinin azalmasına, yorğunluğa və istəksizliyə səbəb olur.

Eyni zamanda beyində kimyəvi maddələrdən biri olan serotonin hormonu, payızda günəş şüalarının azalmasıyla azalır və bu vəziyyət depresiyaya səbəb olur.

Eyni mövsümi depressiya qış aylarında da müşahidə edilir. Ancaq payız depresiyası daha tez-tez müşahidə edilir. Enerji azlığı şəxsin həyatnı monotonluğa çəkdiyi zaman mövsümi depressiya barədə düşünə bilər. Həkim qeyd edir ki, payız depresiyası təkcə mövsümi dəyişikliklərdən qaynaqlanmır. Şəxs daha əvvəl depressiya yaşayıbsa və ya genetik uyğunluq varsa mövsümi depressiya yaşama riski artır.

Depressiya, adətən qadınlarda kişilərlə müqayisədə daha çox olur. Buna görə də, payız depresiyasının da qadınlarda daha çox müşahidə edildiyini deyə bilərik.

Payız depresiyasının əlamətləri nələrdir?

Xəstəlik başlayan zaman şəxs, özünü bədbəxt hiss etməyə başlayır. Enerji azlığı, hərəkətlərdə yavaşlama, çəkinin artması və ya azalması, qərarsızlıq, dəyərsizlik və günahkarlıq duyğusu, cinsi hisslərin azalması, yuxusuzluq və ya yuxunun artması müşahidə edilir.

Bəzi mövsümlərdə şəxsin performansı müəyyən bir şəkildə azalırsa və depressiya ortaya çıxırsa, bu önəmli ola bilər.

Payız depresiyasına yoluxmamaq üçün hava soyuq və ya sərin olduğu günlərdə də günəş işığından faydalanmağa çalışın.

  • Buludlu günlərdə belə, gün ərzində ən az 20-30 dəqiqə təmiz hava alın.
  • İdmana vaxt ayırın. İdman bədəndəki stresi atmağa kömək edir və metobolizmanı sürətləndirir.
  • Çox yatmayın, səhər erkən saatda oyanmağa çalışın.
  • Karbohidratlı və şəkərli qidalardan uzaq durun.
  • Ağ şəkər, qan şəkərinizi sürətlə yüksəldib azaldır. Bu da özünüzü yorğun və halsız hiss etməyinizə səbəb olur. Belə qidalanma depresiyaya çarə deyil, əksinə vəziyyəti ağırlaşdırır.
  • Sosial həyatınızı xoş hala gətirən fəaliyyətlərlə məşğul olun.
  • Dostlarınıza vaxt ayırın. Sosiallaşmaq və sevdiyiniz insanlarla zaman keçirmək, sizə yaxşı hiss etməyə kömək edəcək.

Depresiyanın müalicəsi necədir?

Son dərəcə açıq əlamətləri olan depressiya səbəb, çox asan təxmin edilə bilər. Depresiyanın müalicəsində dərman və psixoterapiya üsulları istifadə edilə bilər. Bununla yanaşı, RMS (Transkranial Maqnetik Sitimulyasiya) depressiya müalicəsində önəmli müalicə amili hesab edilir. TMS müalicəsi zamanı beyinə şok maqnetik xəbərdarlıqlar göndərilir və beyinin xəstələnmədən öncə olan sağlam vəziyətinə qayıtmasına səbəb olur. TMS, dərmanlara cavab verməyən və tam sağalmayan xəstələr üçün çarə hesab edilir. Ədəbiyyatda dərmanlara qarşı müqaviməti olan bir çox xəstənin maqnetik situmuliyasiya ilə düzəldiyinə dair saysız nümunə var. Bu üsul, xüsusilə hamilə və ya laktasiya dövründə olan qadınlar, ağciyər, böyrək çatışmazlığı yaşayan şəxslər, dərman qəbul etməsi qadağan edilən şəxslər tərəfindən seçilən bir üsuldur. Xəstəliyin gücü , şəxsin yaşı, cinsiyyəti və çəkisinə görə olan dərmanlar digər müalicə üsulları ilə kombinasiya yaradaraq çox müvəffəqiyyətli nəticələr əldə edilməsini təmin edir.

Bu əlamətlərə diqqət edin;

  • Yorğunluq, halsızlıq
  • Bədəndə ağrılar
  • Yuxu pozulması
  • Dermatoloji problemlər
  • İştahın ksəilməsi və artması ilə əlaqəli çəki alma və ya arıqlama
  • Saç tökülməsi
  • Enerji azlığı
  • Cinsi enerjinin azalması

Bu əlamətləri özünüzdə müşahidə etdiyiniz zaman, bir mütəxəssislə danışmağa çalışın. Əks halda, depresiya daha da ağırlaşa bilər.

İlahin, Bizimyol.info

Paylaş »
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sahibsiz itlər təzə maşını parçalayıblar - Video
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
Son xəbərlər
Bütün xəbərlər »