Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada itkin düşən azərbaycanlı həkimdən altı gündür xəbər yoxdur
Almaniyada itkin düşən azərbaycanlı həkimdən altı gündür xəbər yoxdur

Almaniyada psixiatr kimi fəaliyyət göstərən Toğrul Cəfərli itkin düşüb. Azərbaycanlı həkimdən altı gündür xəbər yoxdur.

Bizimyol.info xəbər verir ki, Toğrul Cəfərli Lor-am-Mayn şəhərində işləyir. O, oktyabrın 27-də Macarıstanın paytaxtı Budapeştdən təyyarə ilə Almaniyanın Frankfurt şəhərinə qayıdıb. Toğrul Cəfərlinin hava limanından hara getdiyi bilinmir. Ailəsi ilə axırıncı dəfə həmin gün əlaqə saxlayıb. Həyat yoldaşı Ülkər Qaçay iki gün gözləyəndən sonra Bakıdan Almaniyaya gedib.

Hessen və Bavariya bölgələrinin polisi azərbaycanlı həkimin axtarışına başlayıb. Toğrul Cəfərlinin həyat yoldaşı, Almaniyada yaşayan dostları, tanışları ona sosial şəbəkələrdə müraciət edir, evə qayıtmasını istəyir. Belə müraciətin səbəbi odur ki, həkim son vaxtlar çox gərgin imiş, uzun müddət yuxusuz qalırmış. Gecə növbəsində ardıcıl işləməsi psixoloji problemlər yaradıbmış.

Toğrul Cəfərli yaxınlarına, sosial şəbəkələrdəki yoldaşlarına yeni layihə üzərində işlədiyini bildirirmiş. Layihəni “Brain Rest” adlandırıbmış. O, həyat yoldaşına Macarıstana məhz investorlarla görüş üçün yollandığını bildirib. Yaxın günlərdə Bakıya gəlməyi planlaşdırırmış.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »