Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
11 yaşlı qıza təcavüz edən şəxs saxlanıldı: “8-10 il həbsdə qalmaqla bu cür insanlar sağalmır”
11 yaşlı qıza təcavüz edən şəxs saxlanıldı: “8-10 il həbsdə qalmaqla bu cür insanlar sağalmır”

Bir neçə gün əvvəl İmişli rayonunda 11 yaşlı qızın atalığı tərəfindən zorlandığı və uşaq dünyaya gətirməsi ilə bağlı xəbər mərc etmişdik. Bu xəbər bütün ölkədə şok effekti yaratmışdı. Nəhayət bu gün Baş Prokurorluq Mətbuat Xidmətindən bildirilib ki, 11 yaşlı qızı zorlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

“İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı - 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir”. Hələki bu şəxsin cəzasının neçə il olacağı, hansı formada olacağı isə bilinmir. Ümumiyyətlə cür insanlar cəzalar vasitəsilə islah olurmu? Cəza müddəti başa çatdıqdan sonra cəmiyyət üçün nə dərəcədə təhlükəli olurlar?

Fərqanə Mehmanqızı Fərqanə Mehmanqızı

Psixoloq Fərqanə Mehmanqızı Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, bu hadisəni törədən şəxs sadəcə, cinayətkar yox, qatildir: “Çünki qətl yalnız bir insanı fiziki olaraq öldürmək deyil. İnsanin gələcəyini, xəyallarını, arzularını, gülüşünü öldürən şəxs də qatil sayılır.  Bu hadisədə isə hər kəs günahkardır. Hərəmizin payına biraz düşür. Amma ən böyük günahkar bu qatilin anasıdır. Çünki doğru, düzgün insan böyütməyib və cəmiyyətə bu cür insan verib. Görünür ailədə olan problemlər bu insanda pedofilliyə, manyaklığa yol açıb.

Nəyinki öz övladı hər hansı bir uşağa qarşı cinsi istismar, təcavüz pedofillik və psixoloji pozuntudur. Bu cür insanlar cəmiyyət üçün təhlükədir. Lakin onların həbsi zamanı çox az iş verirlər və heç kim zəmanət vermir ki, bu hadisə onun ilk və ya son işi olacaq. 8-10 il həbsdə qalmaqla bu cür insanlar pedofillikdən xilas ola bilməz. Həmin şəxslər adətən həsdən azad olduqdan sonra da bu işi davam etdirirlər”.

Psixoloqun sözlərinə görə, bu cür insanların cəzalandırılması ilə bağlı qanuna yenidən baxılmalıdır: “Çünki cəmiyyətdə bu cür insanların sayında artım var. Bizim bildiklərimiz bunlardır. Hüquq-mühafizə orqanlarının, medianın bilmədiyi, cəmiyyətdən gizlədilən bu cür cinayətlər olduqca çoxdur. Bu cür hadisələrin sayının artması isə cəzanın yüngül olmasından xəbər verir. Ciddi şəkildə cəza düşünülməlidir ki, pedofillər, manyaklar qorxu bahasınada olsa bu əməllərdən çəkinsin.

Düzdü psixoloji problemləri olan insanı belə qorxular az miqdarda çəkindirir. Amma ən əzından biləndəki bu insan pedofildir, onu ömrünün axırına qədər cəmiyyətdən uzaq tutmaq lazımdır. Bu xəstəlikli insanları heç cürə sağaltmaq, bu fikilərdən uzaqlaşdırmaq mümkün deyil.

Bu cür insanlar həbsdən çıxdıqdan sonra onlar daha aqressiv şəkildə, cəmiyyətə, insanlara, uşaqlara nifrətlə və intiqamını almaq fikirləri ilə dolu olurlar. Ona görə də bu insanlar cəmiyyətdən təcrid olunmalıdır ki, sabahda başqalarının balasının həyatı qaralmasın”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› "Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
››› Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
››› Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
››› Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
››› Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
››› “Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
Son xəbərlər
Bütün xəbərlər »