Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qızların erkən yaşda evləndirilməsinin müxtəlif səbəbləri var"
"Qızların erkən yaşda evləndirilməsinin müxtəlif səbəbləri var"

UNICEF-in məlumatına görə, keçən 10 il ərzində bütün dünyada 25 milyon qız uşağının erkən yaşda evlənməsinin qarşısı alınıb. Qurumun hesabatına görə, qarşımızdakı ildə erkən evliliklərin sayı 10 milyon arta bilər. Qeyd edilib ki, COVID-19 pandemiyasından öncə uşaq yaşda evlilik riskləri çox idi. Qarşıdakı illərdə isə bu risk artacaq. Ancaq son 10 ildə uşaq yaşlarında ailə quran qadınların sayı 15 faiz azalaraq 4\1-dən 5\1 ə qədər azalıb. Bu da 25 milyon evliliyin qarşısının alınması deməkdir.

Mütəxəssislərin fikrincə, uşaq yaşlarında ilə həyatı quran qızlar, bunun ömür boyu davam edən nəticələri ilə üz-üzə qalır. Ailədaxili zorakılıq halları artdığı halda, təhsilə davam etmə halları həddən artıq az olur.

Uşaq yaşında evlilik, erkən və planlanmamış hamiləlik riskini artırır. Bu isə hamiləlik və doğuşla bağlı problemlərin yaranmasına və ölüm riskinin artmasına səbəb olur.

Psixoloq Elnarə Abdullayevanın sözlərinə görə, dünyada 650 milyon qız, uşaq yaşlarında evləndirilib. Bu evliliklərin çox hissəsi Banqladeş, Braziliya, Efiyopya, Hindistan və Nigeriyadadır.

"Azərbaycanda da erkən nikah müşahidə edilir, amma qlobal problem olacaq həddə deyil. Qızların erkən yaşda evləndirilməsinin müxtəlif səbəbləri var. Bunlardan bəziləri; kasıblıq, yoxsulluq və təhsilsizlikdir. Qızların uşaq yaşda evləndirilməsinin səbəbləri, ölkədən ölkəyə dəyişir. Ancaq əsas səbəblərdən biri də cinsiyyət ayrıseçkiliyidir. Belə ki, bəzi ailələr qızlarının bəkarətini qorumaq üçün erkən yaşda evləndirirlər. Məsələn; yoxsul ölkələrdə yaşayan qızlar, ailədə bir fərd azalsın deyə evləndirilir. Bu zaman qızlar üçün tələb olunan "başlıq pulu" da düşünülür. Bəzi ailələr kasıblığı bir qədər aradan qaldırmaq üçün qızlarını erkən yaşda ərə verir. Evdə yeyənin, geyənin biri azalsın deyə qızlarını ərə verənlər də az deyil".

Psixoloq hesab edir ki, Azərbaycanda qızların erkən evləndirilməsinin səbəbləri müxtəlifdir. Bunlara iqtisadi problemlər, yanlış dini məlumatlar, təhsilsizlik, ailədaxili zorakılıq, cəmiyyət basqısı, mülkiyyətin bölünməsi, qız uşaqlarının iqtisadi yük olaraq qəbul edilməsi, qız uşaqlarının daha tez ailə həyatı qurarsa daha itəatkar olacağına inanma, ailə adət-ənənələri, qızların evdə qalma qorxusu, qohum evlilikləri, təhsilə meylin olmaması və s. daxildir.

Mütəxəssis bildirir ki, erkən yaşda ailə həyatı quran qız uşaqları adətən sosial həyatdan uzaqlaşma, narkotik istifadəsi, depressiya, intihara təşəbbüs, ailə daxili davalar və s. problemlər yaşayırlar: "Erkən yaşda ailə quran qız uşaqları ilə psixoterapiya o qədər də asan deyil. Çünki onlar qadınlaşmış uşaqlardır. Çox zaman belə qızlar, uşaq dünyaya gətirdikdən sonra həyat yolaşları ilə tamamilə qopurlar. Bizim üçün əlbəttə ki, onların tuh halı ilə işləmək çətindir. Bu qızlar, intihara meylli olurlar. Əgər 18 yaşından böyük bir qızla 3-4 söhbət bir qədər yaxşılaşma nəticəsi verirsə, azyaşlı qız uşaqları ilə uzun zaman proseslər keçməli olursan".

Psixoloq qeyd edir ki, valideynlər övladlarını ailədən uzaqlaşdırmaq və ya yeyənin birini azaltmaq məqsədilə ərə verməməlidir. Onlara təhsil almaq üçün imkanlar yaratmağa çalışmalıdır.

Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəsisi Elşad Hacıyev qeyd edir ki, qadını nikaha daxil olmağa məcbur etmə cinayət məsuliyyəti yaradır. Belə ki, Cinayət Məcəlləsinin 176-1.1-ci maddəsi qadını nikaha daxil olmağa məcbur etməni, 176-1.2-ci hissəsi isə nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etməni özündə ehtiva edir.

"Cinayət qanunvericiliyinə görə qadını nikaha daxil olmağa məcbur etmə - iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Digər halda - eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır" - deyə Hacıyev bildirib.

Qeyd edək ki, ötən gün Salyanda 15 yaşlı qızın nişan mərasimi baş tutub. Lakin hüquq mühafizə orqanlarına vaxtında edilmiş müraciət, bu prosesin qarşını ala bilib.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ "Taliban"ın qadınlarla bağlı fərmanını alqışlayır
Son xəbərlər
Bütün xəbərlər »