Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatın rüsumlarla bağlı açıqlamasına iqtisadçıdan cavab
Deputatın rüsumlarla bağlı açıqlamasına iqtisadçıdan cavab

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 1-də keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanunun bir çox maddələri üzrə rüsum dərəcələrinə dəyişikliklər edilməsi təklif edilib. Belə ki, ümumvətəndaş pasportlarının verilməsi və ya dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, avtomobil nömrələri, şəssiyyət vəsiqəsi, sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə və s. rüsumlar artırılır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı komitənin sədri Tahir Mirkişili bildirib ki, indiki halda rüsumların məbləğinin dəyişdirilməsi insanların həyatına mənfi təsir etməyəcək.

"Azərbaycanda hər bir vətəndaşın ödədiyi dövlət rüsumunun orta illik məbləği 35 manat təşkil edir ki, bu da vətəndaşın gəlirlərinin təqribən 0.5 faizini təşkil edir. Azərbaycanda rüsumlar 15 il bundan əvvəl müəyyən edilib. 15 il ərzində inflyasiya baş verib və bu rüsumların məbləği maya dəyərindən aşağı düşüb."

Natiq Cəfərli Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli isə Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, rüsumların artırılması insanlara birbaşa təsir edən amildir. “Rüsumlar, vergi, gömrük dərəcələri artırılırsa, bu xidmətlərlə bağlı müraciət edən vətəndaşların əlavə vəsait ödəməsi onların ciblərinə, maliyyə vəziyyətlərinə təsir edir. Təbii ki, bu, kütləvi və birbaşa təsir göstərəcək hal deyil. Hamıya eyni anda təsir göstərməyəcək, amma pasport almaq istəyən, avtomobilinin texniki sənədini almaq istəyən və s. digər sahələrdə müraciət edənlərə təsir edəcək”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Avtomobillərə qurulan əlavə işıqlar hansı təhlükələri daşıyır...
››› Türkiyədə zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »