Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Misirdə 3300 yaşı olan qəbir tapılıb
Misirdə 3300 yaşı olan qəbir tapılıb

Misir ehramları bütün dünyanı təəccübləndirməkdə davam edir. Hələ də aparılan tədqiqatlar yeni şeylər ortaya çıxır. Bu dəfə Misir ehramlarının yaxınlığında 3300 yaşı olan qəbir tapılıb.

Bizimyol.info xəbər verir ki, məzar Cizə piramidalarının yanında yerləşən Sakkara nekropolunda aşkar edilib. Qədim məzarlıqda tapılan qəbirdə hökmdar II Ramzesin əyanlarından Ptahemviyanın dəfn edildiyi güman olunur. Qahirə Universitetinin əməkdaşları yanılmadıqlarına əmindir.

Universitetin arxeologiya fakültəsinin dekanı Əhməd Raqqab bildirib ki, çoxdandır hökmdarlara və onların yaxınlarına aid məzarlar axtarılır. Sakkara nekropolunda qazıntılara 1970-ci ildə başlanılıb. İndiyə qədər bir çox vacib tapıntılar ortaya çıxıb.

Ptahemviyanın məzarı sanki bir otaqda yerləşir. Divarlar müxtəlif təsvirlərlə bəzədilib.

II Ramzes eramızdan əvvəl 13-cü yüzillikdə yaşayıb. O, Misirin məşhur fironlarından sayılır. II Ramzes 64 il ölkəyə rəhbərlik edib. Onun hakimiyyəti dövrü Misirin çiçəklənməsiylə fərqlənib. Firon müharibələrdən mümkün qədər uzaq dayanmağa çalışıb.

Bizimyol.info

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› "İkibaşlı əjdaha" və ya başsız qalan səhiyyə
Son xəbərlər
Bütün xəbərlər »