Afrikada qədim insan növünün kəllə sümüyü aşkar edilib.
Bizimyol.info xəbər verir ki, yeni tapılan kəllə sümüyünə "Homo bodoensis" adı verilib və onun təxminən 500.000 il əvvəl Efiopiya bölgəsində yaşadığı müəyyən edilib.
Kanadanın Vinnipeq Universitetinin tədqiqatçıları ümid edirlər ki, bu kəşf insan hələ də keşf edə bilmədiyi dövrə işıq salacaq.
Növün təxminən 200.000 il əvvəl, müasir insanların Afrikadan köç etməsindən çox əvvəl yoxa çıxdığı güman edilir. Yeni, təsnifata görə, Homo bodoensis Afrika və Cənub-Şərqi Avropadan olan insanların əksəriyyətini izah edə biləcək.
Leyla, Bizimyol.info