Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Facebook” Qazaxıstana sosial şəbəkənin sisteminə daxil olmaq icazəsi verib
“Facebook” Qazaxıstana sosial şəbəkənin sisteminə daxil olmaq icazəsi verib

"Facebook" Qazaxıstan hakimiyyətinə "uşaqların onlayn hüquqlarının qorunmasına diqqət yetirməklə zərərli məzmunla mübarizə" məqsədilə daxili Məzmun Bildiriş Sisteminə (MBS) birbaşa eksklüziv giriş icazəsi verilib.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin İnformasiya və Sosial İnkişaf Nazirliyi məlumat yayıb.

Qazaxıstan Mərkəzi Asiyada MBS "Facebook"a daxil olan ilk ölkə oldu. Nazirlik qeyd edib ki, onlar artıq sosial şəbəkənin məzmun siyasətinə cavabdeh olan komandası ilə birbaşa əlaqə kanalına qoşulublar.

Oktyabrın 28-də "Facebook" nümayəndələri Qazaxıstan İnformasiya Nazirliyinin mütəxəssisləri üçün MBS ilə işləmək üzrə təlim keçiriblər. Nazirlik noyabrın əvvəlində sistemlə işə başlamağı planlaşdırır.

Qazaxıstan parlamenti sentyabrda sosial şəbəkələr və messencerləri ölkədə nümayəndəliklər açmağa məcbur edən qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Müəlliflər kiber zorakılıqla mübarizə üçün düzəlişlərin zəruriliyini əsaslandırıblar.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »