Noyabrın 1-də Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla və Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.
APA bildirir ki, diplomatlar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının yerinə yetirilməsinin vəziyyətini müzakirə ediblər. Humanitar məsələlər, mina xəritələrinin verilməsi, Ermənistan-Azərbaycan sərhədində gərginliyin aradan qaldırılması, Cənubi Qafqazda bütün kommunikasiyaların açılması və regional əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib.
Xarici siyasət idarələrinin rəhbərləri həmçinin regional və beynəlxalq məsələləri müzakirə ediblər.